Əfqanıstanda xidmət edən hərbçilərimizin bir qrupu artıq vətənə dönüb.
Lent.az Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.