Azərbaycanlı jurnalist Roma Papasına müraciət etdi - <span style="color:red;">MƏTN
13 iyun 2016 13:40 (UTC +04:00)

Azərbaycanlı jurnalist Roma Papasına müraciət etdi - MƏTN

 

Azərbaycanlı tanınmış jurnalist Eldəniz Elgün Roma Papası Fransiskə müraciət ünvanlayıb.

 

Lent.az-ın məlumatına görə, jurnalist Papanın Ermənistana səfəri öncəsi müraciətində ondan hazırda düşmən ölkədə həbsdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxmasına kömək etməsini istəyir. Jurnalistin Papaya müraciətinin mətnini təqdim edirik:

 

 

“Siz ancaq sizi sevənləri sevsəniz, bunun kimə nə xeyri olar ki?”.

 

Hörmətli Papa həzrətləri! Həzrəti İsanın dediyi bu sözlərlə başlayıram Sizə müraciətimi. Sizin Roma Papası olaraq insanlara sevgi aşılamağınız Vatikanın dünyada gücünü daha da artırdı. Sevgi və Ümid işığını Roma Papası olaraq 12 günahkarın ayağını öz əllərinizlə yuyub öpəndən sonra daha da gücləndirdiniz. Elə bu ruhla Sizə müraciət edərək, iki günahsız insanın həyatını xilas etməyinizi xahiş edirəm. Bunu yalnız Siz, içi inamla zəngin Roma Papası edə bilər. Söhbət Ermənistanda məhbəsdə inləyən mənim soydaşlarımdan, iki günahsız Azərbaycan vətəndaşından - Şahbaz Quliyev və Dilqəm Əsgərovdan gedir.

 

Adı çəkilən hər iki mülki şəxs 2014-cü il iyulun 11-də Azərbaycan Respublikasının hazırda işğal altında olan Kəlbəcər rayonuna keçərək, öz dədə-baba qəbiristanlıqlarını ziyarət etmişdilər. Məhz bu məqamda Ermənistan ordusu tərəfindən girov götürülən hər iki şəxs uzun müddətdir ki, işgəncələr altında girovluqda saxlanılır. Tək günahları isə budur ki, hər iki şəxs ata-anasının, doğmalarının məzarlarını ziyarət etmək istəyiblər. Sizcə hansı dində qəbir ziyarət etmək cinayət sayılıb, cinayət sayılır. Özü də heç bir sərhəd qanununu pozmayaraq, vətəndaşı olduğu öz dövlətinin ərazisində. Bu günə qədər beynəlxalq təşkilatların çoxsaylı müraciətlərinə baxmayaraq, bu günahsız insanları azad etmək mümkün olmayıb.Yaxın zamanlarda isə Siz onların girov saxlandığı Ermənistana səfər edəcəksiniz. Bilin ki, Yerevan küçələrində addımlayanda hər iki şəxsin imdad (yalvarış) dolu baxışları Sizi hər dəqiqə, anbaan izləyəcək. Sizə uzatdıqları əllərindən tutub o bataqlıqdan çıxarılacaqlarını gözləyəcəklər.

 

Bu səbəbdən Sizə müraciət edirəm ki, xristian dünyasının bir lideri olaraq hər iki azərbaycanlının, adi, mülki insanın girovluqdan, əsirlikdən azadlığa buraxılmasını tələb edəsiniz. ƏMİNƏM Kİ, (Hesab edirəm ki,) bu səfəriniz zamanı iki günahsız insanı ölümdən, girovluqdan azad etsəniz, BÜTÜN İNSANLIQ SİZİN ƏLLƏRİNİZDƏN ÖPƏCƏK. (Tanrı Sizi qorusun!) Bu yolda Tanrı köməyiniz olsun.

 

Dərin hörmətlə: jurnalist ELDƏNİZ ELGÜN”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar