Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçirilib
20 dekabr 2014 16:01 (UTC +04:00)

Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçirilib

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Ankara şəhərində keçirilən 7-ci Yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşlərdə müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilərək gələcək fəaliyyətlərin müxtəlif istiqamətləri müzakirə olunub. İki ölkənin Silahlı Qüvvələri arasında praktiki əməliyyat uyarlığının əldə edilməsi məsələlərinə baxılıb, o cümlədən 2015-ci il ərzində birgə təlimlərin miqyası və əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Səlcuq Elçin

Oxşar yazılar