Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı
17 mart 2019 19:08 (UTC +04:00)

Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı

 
Avropa İttifaqı (Aİ) Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, blogger və jurnalistlərin də olduğu 400-dən çox  məhbusu əfv etməsini alqışlayıb.
 
ONA-nın məlumatına görə, bu, Avropa İttifaqı Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin sözçüsünün bəyanatında əksini tapıb.
 
Bəyanatda bildirilir ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun  bu istiqamətdə gələcəkdə də oxşar addımları davam  etdirəcəyini gözləyir: “Aİ əməkdaşlığı, o cümlədən əlaqələrimizin vacib elementlərindən olan insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022
avatar

Oxşar yazılar