APA yanlışlığa görə üzr istəyir
01 avqust 2018 19:16 (UTC +04:00)

APA yanlışlığa görə üzr istəyir

 

Azərbaycan prezidenti İlham Əliyevin bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı yazılarkən APA Agentliyi yanlışlığa yol verib.

 

Dövlət başçısının "Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq" sözləri yanlış olaraq "Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib, Ermənistanı çökdürəcəyik" kimi verilib.

 

APA agentliyi yanlışlığa görə prezident İlham Əliyevdən və oxuculardan üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670
avatar

APA Baycan

Oxşar yazılar