[b]Ağdamda yaşayış məntəqələri üzrə 280 hektar ərazi yanıb[/b]
“Azersky” peykiylə Ermənistan Silahlı Qüvvələrinin Ağdamda törətdiyi yanğınların monitorinqi aparılıb
“Azərkosmos” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə idarəçilində olan “Azersky” peyki vasitəsilə Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində son günlər törədilmiş yanğınların monitorinqini aparıb.
APA-nın “Azərkosmos” ASC-nin saytına istinadən verdiyi məlumata görə, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində baş verib.
İyunun 29-da Ağdam rayonunun işğal altında olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.
Yanğınların monitorinqi hazırda davam etdirilir.
616