<span style="color:red;">Prezident İlham Əliyev:  “Silah və texnikamız imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək”
25 iyun 2015 18:34 (UTC +04:00)

Prezident İlham Əliyev: “Silah və texnikamız imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək”

 

 

“Qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm. Bayram günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılması əlamətdar hadisədir”.

 

APA-nın məlumatına görə, bu sözləri Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, son illər Azərbaycanda yaranan ən böyük hərbi obyektlərdən biri olan bu bazanın ölkənin hərbi potensialının güclənməsində mühüm əhəmiyyəti olacaq: “Silahlı Qüvvələrin güclənməsi üçün dövlət əlindən gələni edir. Silahlı Qüvvələrimizin tərkib hissələrindən biri olan Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaq.  Ordumuz güclənir, nizam-intizam artır, maddi-texniki təminat yaxşılaşır, dövlət büdcəsindən müdafiə sahəsinə ayrılan xərclər getdikcə artır, hazırda Azərbaycanın hərbi xərcləri 3 milyard dollardan artıqdır və bu da Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur”.

 

Hərbiçilərə diqqət, hərbi infrastruktur, yeni hərbi bazalar, hərbi hissələr və  şəhərciklərin tikintisindən, hərbçilərin məişət problemlərinin yüksək səviyyədə həllindən danışan prezident İlham Əliyev qısa müddət ərzində böyük işlər görüldüyünü, bundan sonra da bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini vurğulayıb: “Son illər ərzində Azərbaycan öz hərbi potensialını böyük dərəcədə artıra bilib. Azərbaycana ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək. Bununla bərabər, təxminən 10 il əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlanılıb. Bu gün Azərbaycanda 1000-ə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu da ordumuzun təchizatı üçün əvəzedilməzdir. Bu gün Azərbaycan həm də öz hərbi məhsullarını ixrac etməyə başlayıb. Bunun özü də ölkəmizin hərbi potensialının göstəricisidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar