<span style="color:red;">Azərbaycanın Litvadakı səfiri:  "Litvalı deputatın səfəri ictimai qınağa səbəb olub"
02 sentyabr 2014 17:08 (UTC +04:00)

Azərbaycanın Litvadakı səfiri: "Litvalı deputatın səfəri ictimai qınağa səbəb olub"

 "Litva parlamentinin bir deputatının Ermənistanla yanaşı Azərbaycanın işğal altında olan ərazilərinə də səfər etməsi bu ölkənin özündə də ciddi ictimai qınağa və tənqidə səbəb olub".

 

Bunu APA-ya açıqlamasında Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə deyib.

 

O qeyd edib ki, faktla bağlı Litva parlamentinin vitse-spikeri, parlamentin xarici əlaqələr komitəsinin sədri, xarici işlər nazirinin müavini ilə görüşlər keçirib: "Bütün görüşlərdə Litva ilə Azərbaycan arasındakı dostluq münasibətləri xüsusi olaraq vurğulanıb. Litva hökumətinin və parlamentinin rəhbərləri, ziyalılar, ölkənin aparıcı media qurumları, millət vəkilləri bu səfəri qətiyyətlə pisləyirlər. Onların hər biri mənimlə də görüşlərdə Azərbaycanın Litva üçün önəmli tərəfdaş olduğunu vurğulayır, bu səfəri qınadıqlarını bildirirlər. Və xüsusi vurğulayırlar ki, bu səfər xanım Daliya Kuoditenin öz şəxsi maraqlarını Litva dövlətinin maraqlarından üstün tutmasının nəticəsidir".

 

H.Məmmədzadə qeyd edib ki, Litvanın 15 tanınmış ictimai təşkilatı bu səfərə etiraz olaraq birgə bəyanatla Litva prezidentinə müraciət etməyə hazırlaşır.

 

Səfirin bildirdiyinə görə, erməni mediasında bu səfər və heyətlə bağlı yazılanlar "şoudan başqa bir şey" deyil: "Bu gün Litva parlamentinin vitse-spikeri bu səfərin necə baş tutması barədə yerli mətbuata da geniş açıqlama verib. O bildirib ki, bu ilin iyul ayında iki deputat Ermənistana səfərə getmək üçün parlamentin müvafiq komitəsinə icazə almaq barədə müraciət ediblər. Araşdırmadan sonra səfər proqramında həm də Azərbaycanın işğal edilmiş ərazilərinə getmək da daxil edildiyi və bunun parlament rəhbərliyindən gizlədildiyi üzə çıxıb. Buna görə də parlament xətti ilə səfərə icazə verilməyib. Deputatlara işğal altındakı ərazilərə səfər edilməsinin Azərbaycanın narahatlığına səbəb olduğu bildirilib. Parlament rəhbərliyinin apardığı danışıq nəticəsində deputatlardan biri səfərdən imtina edib. Xanım Daliya Kuodite isə öz şəxsi maraqlarını daha üstün tutaraq, özəl səfər edib".

 
# 663
avatar

Oxşar yazılar