<span style="color:red;">Azərbaycan prezidenti:  “Beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilməlidir
24 iyun 2014 17:26 (UTC +04:00)

Azərbaycan prezidenti: “Beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilməlidir

“Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların həyata keçirilməsidir”.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev AŞPA-da çıxışı zamanı deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla bağlı da bir neçə qətnamə və qərarlar var: “Bunlardan əsası BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrdir. Lakin praktikada bunların heç birisi həyata keçirilmədi. Buna görə də, fikrimcə, beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə tərtib etməliyik. Yoxsa bu qətnamələr öz mövcudluğunu və əhəmiyyətini itirəcək. Biz tövsiyə edərdik ki, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilsin. Bu, çox əhəmiyyətli məsələdir”.

 

Dövlət başçısı AŞPA sədri, xanım Ann Brassörə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyi üçün təşəkkür edib: “Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipi hesab olunur”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500
avatar

Oxşar yazılar