
Azay Quliyev: "ATƏT PA-nın sessiyasında mühüm məsələlər müzakirə olunacaq"
ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakirə olunacaq.
Lent.az-ın məlumatına görə, bu sözləri ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev deyib.
Azay Quliyevin sözlərinə görə, sessiya çərçivəsində bir çox aktual mövzulara, o cümlədən “yalançı” (fake) xəbərlər, iqlim dəyişikliyi, silahlar üzərində nəzarət, miqrasiya, terrorizm və humanitar məsələlərə dair müzakirələr aparılacaq. ATƏT rəsmilərinin qeyd olunan mövzulara dair məruzələrini dinləmək, o cümlədən İtaliyanın ATƏT-ə sədrlik etdiyi dövrdə üstünlük verdiyi əsas istiqamətlərlə tanış olmaq imkanı yaranacaq.
Qurumun vitse-prezidenti bildirib ki, qış sessiyası çərçivəsində ATƏT PA-nın Daimi Komitəsinin və o cümlədən təhlükəsizlik və siyasi məsələlər, insan haqları, demokratiya və humanitar məsələlər, iqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri komitələrinin birgə və ayrılıqda iclasları olacaq. A.Quliyev onu da bildirib ki, komitə iclaslarında cari il iyulun 7-11-də Berlində keçiriləcək illik sessiyada qəbul olunacaq qətnamə layihələri də müzakirə olunacaq.
Azay Quliyev fevral ayının 22-də Hofburqda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun (SRG) növbəti iclasının keçiriləcəyini də qeyd edib. İclasda qurumun əsasnaməsinə əlavə və dəyişikliyin edilməsi, Yunanıstan və Moldovanın üzvlüyə qəbulu, qədim İpək Yolunun bərpası və nəqliyyat dəhlizlərinin inkişafı haqqında qətnamə layihəsi, martın 13-14-də Azərbaycanda keçiriləcək Beynəlxalq Bakı Konfransına dair müzakirələrin aparılacağını bildirib.
Oxşar yazılar

Suriya prezidenti Azərbaycana gəldi - YENİLƏNİB
12 iyul 2025 , 12:51
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13