Amerikalı həmsədr: “Kifayətdir, sülhün vaxtı çatıb”
26 oktyabr 2015 12:45 (UTC +04:00)

Amerikalı həmsədr: “Kifayətdir, sülhün vaxtı çatıb”

 

 

"Minsk Qrupu atəşkəsin monitorinqini aparmaq üçün effektiv vasitələrə malik deyil"

 

“ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi tərəflərinin atəşkəsə əməl etməsinin monitorinqini həyata keçirmək üçün effektiv vasitələri yoxdur”.

 

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda deyib.

 

Həmsədr ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Ed Roys və Eliot Engelin Dağlıq Qarabağda, təmas xəttində atəşkəs pozuntularına kimin yol verməsindən asılı olmayaraq təfərlərə bərabər yanaşılması ilə bağlı müraciətini hələ almadığını, lakin onun məzmunundan xəbərdar olduğunu söyləyib. O bildirib ki, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması ideyası bir neçə ildir müzakirə olunur: “Bakıda bu təklif rədd edilməyib. İnsidentlərin araşdırılması mexanizmi münasibətlərin normallaşmasına kömək edə bilər. Mənim xalqlara mesajim var. Hesab edirəm ki, onlar da zorakılıqlardan, itkilərdən yorulublar. Kifayətdir. Sülhün vaxtı çatıb. Bu, asan olmayacaq, ancaq daha pis də ola bilər”.

# 298
avatar

Oxşar yazılar