[b]Meriya Qarabağ Komitəsinin mitinqinə icazə vermədi[/b]
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin martın 16-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
ONA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bununla bağlı təşkilatçılara məlumat verilib.
Qeyd edək ki, Qarabağ Komitəsi martın 16-da mitinq keçirmək üçün BŞİH-nə müraciət edib.
679