![[b]İlham Əliyev Kiyevdə insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb - Səfirlik[/b]](https://lent.az/storage/news/2019/may/11/big/69c52cc1498a1b9bbe6e1b7515012aa7.jpg)
[b]İlham Əliyev Kiyevdə insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb - Səfirlik[/b]
Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.
Azərbaycanın Ukraynadakı Səfirlindən ONA-ya bildirilib ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. Sonradan Milli Qəhrəmanın peşəkar həkim müayinəsində müalicə alması üçün o mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabil Quliyevin vəziyyətini orta ağır qiymətləndirirlər.
A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanımızın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.
Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O dərhal xəstəxanaya yerləşdirilib.
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27