
Gülər Əhmədova qalmaqalında adı keçən rektorun qohumu azadlıqda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2019-cu il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı icra edilir.
ONA-nın məlumatına görə, Bakının Nizami rayonundakı 6 saylı cəzaçəkmə müəssisəsində 49 nəfər azadlığa buraxılıb.
Bakının Nizami rayonundakı 1 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində 8 nəfər azadlığa buraxılıb.
Əfv sərəncamı ilə Şəki Penitensiar müəssisəsində cəzə çəkən 23 məhbus azadlığa qovuşub. Əfv edilən məhbuslardan 18 nəfəri ağır cinayətlər məhkəməsinin qərarı ilə, 5 nəfəri isə təkrar cinayət törəkdiklərinə görə cəza çəkirdilər. Əfv edilənlər arasında bir nəfər İsmayıllı rayon sakini Vasif Ədalət oğlu İbrahimov 2013-cü ilin 23-25 yanvar tarixlərində İsmayıllıda baş verən məlum hadisələrə görə həbs edilib. Daha bir nəfər Kürdəmir rayon sakini Mübariz Abdullayev isə Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova qalmaqalında adı hallanan Elşad Abdullayevin əmisi oğludur.
Qeyd edək ki, prezident İlham Əliyevin 16 mart 2019-cu ildə imzaladığı əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.
Oxşar yazılar

Suriya prezidenti Azərbaycana gəldi - YENİLƏNİB
12 iyul 2025 , 12:51
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13