[b]Ermənistanın növbəti təxribatının qarşısı alındı[/b]
04 mart 2019 22:31 (UTC +04:00)

[b]Ermənistanın növbəti təxribatının qarşısı alındı[/b]

Estoniyada keçirilən kitab sərgisində Ermənistanın həyata keçirmək istədiyi növbəti təxribatın qarşısı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən alınıb.
 
Lent.az-ın məlumatına görə, səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Estoniyanın Milli Kitabxanasında keçirilən Ermənistana dair kitab sərgisində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən yalanla dolu kitablar və xəritələr səfirliyimizin, eyni zamanda, Estoniyadakı Azərbaycan diasporunun nümayəndələrinin səyləri nəticəsində müsadirə edilib.
 
Həmin sərgidə Azərbaycan və türk müəlliflərinin qondarma “erməni soyqırımı”nı ifşa edən kitabları da nümayiş etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar