![[b]Elmar Məmmədyarov BMT-nin Ali Komissarı ilə görüşüb[/b]](https://lent.az/storage/news/2019/february/27/big/759a4e47fd6044e714cc3eb9b86edbf9.jpg)
[b]Elmar Məmmədyarov BMT-nin Ali Komissarı ilə görüşüb[/b]
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet ilə görüş keçirib. Bu barədə Lent.az-a XİN-dən bildirilib.
Xəbərə görə, görüş zamanı tərəflər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Elmar Məmədyarov Mişel Başeletə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq, fundamental haqqları pozulan məcburi köçkünlərin insan hüquqlarının bərpa olunmasının vacibliyini vurğulayıb. BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı tərəfindən konkret tədbirlərin və prinsipial mövqeyin nümayiş etdirilməsinin əhəmiyyəti ifadə olunub.
Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq gündəlikdə duran bəzi məsələlər üzrə müzakirələr aparılıb.
Ali Komissar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı ötən il Azərbaycan tərəfindən verilmiş könüllü ianələrə görə Elmar Məmmədyarova minnətdarlığını bildirib.
Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13