<b>Azərbaycan, Ermənistan və Gürcüstan parlamentarilərinin görüşü keçirilib</b>
03 iyul 2016 13:44 (UTC +04:00)

Azərbaycan, Ermənistan və Gürcüstan parlamentarilərinin görüşü keçirilib

Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyası çərçivəsində İsveç nümayəndə heyətininin rəhbəri Filip Lombardenin təşəbbüsü ilə İsveç, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətlərinin görüşü keçirilib.

 

 APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə AzərbaycanınATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müaviniBahar MuradovaATƏT PA-nın siyasi komitə sədrinin müavini Azay Quliyev, Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyan, Gürcüstan tərəfdən parlamentdəki “Gürcü Arzusu” fraksiyasının sədri Giya Volski, deputat Tedo Caparidze və Azərbaycan deputatları iştirak ediblər.

 

Görüşdə çıxış edən İsveç nümayəndə heyətinin rəhbəri Filip Lombarde Azərbaycan-Ermənistan arasında danışıqların gücləndirilməsi haqqında fikir və təkliflərini bildirib. O, təklif edib ki, danışıqların formatı dəyişdirilsin. A. Qeqamyan deyib ki, “əgər biz danışıqlarda  irəli getmək və danışıqlarda “inqilab” etmək istəyiriksə, ağıllı “dayı” xalqın taleyini həll etməməlidir. Bizim prezidentlərimiz arasında ciddi danışıqlar gedir və tezliklə Fransa prezidenti də bu danışıqlara qoşulacaq. Mən istəyirəm ki, danışıqlarda Minsk Qrupunun üzvləri və Dağlıq Qarabağ nümayəndəsi də iştirak etsinlər”.

 

B. Muradova çıxışında Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğunu bildirib: “Dünyada heç bir dövlət Dağlıq Qarabağı tanımayıb və görüşlərdə Dağlıq Qarabağ nümayəndələrinin iştirakı mümkün deyil”.

 

A. Quliyev isə görüşdə qeyd edib ki, danışıqlar proseslərində Azərbaycanın heç bir problemi yoxdur: “Dünyada Dağlıq Qarabağ respublikası adlı bir ölkə olmayıb və bizim hər bir görüş və danışıqlarda xoş niyyətimiz bəllidir.”

 

Tədbirdə Gürcüstan parlamentinin və Gürcüstan parlamentinin “Gürcü Arzusu” nun fraksiya sədri Q. Volski və T. Caparidze də Ermənistan-Azərbaycan sülh danışıqları haqqında fikirlərini bildiriblər.

# 266
avatar

APA Baycan

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08