![[b]“Dağlıq Qarabağ bütün region üçün həssas məsələdir" - Karasin[/b]](https://lent.az/storage/news/2019/may/29/big/c311f3ebc585d4236e51df90329a7bde.jpg)
[b]“Dağlıq Qarabağ bütün region üçün həssas məsələdir" - Karasin[/b]
"Dağlıq Qarabağ problemi ciddi və çox həssas problemdir. Təkcə Azərbaycan üçün deyil, ümumilikdə bütün region üçün həssasdır".
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu azərbaycanlı jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
Rusiyalı diplomat bu problemin həlli ilə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin məşğul olduğunu xatırladıb: "Onlar çox aktiv fəaliyyət göstərirlər. Münaqişə tərəfləri arasında görüşlərin təşkil edilməsinə yardım edirlər. Azərbaycan və Ermənistan dövlət başçılarının görüşlərinin təşkil edilməsinə öz töhvələrini verirlər. Məncə, ötən ilin yekunu kimi hər şeydən əvvəl Azərbaycan və Ermənistan rəhbərliyi, XİN başçıları arasında təmasların qurulmasını göstərmək olar. Onlar beynəlxalq ictimaiyyətin köməyi ilə mümkün həll yollarının axtarıb tapılmasına çalışırlar. Bu proses bundan sonra da davam edəcək".
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27