"Azərbaycan torpaqlarını azad etməyə qadir olduğunu göstərdi" - Şeyxülislam
13 aprel 2016 11:36 (UTC +04:00)

"Azərbaycan torpaqlarını azad etməyə qadir olduğunu göstərdi" - Şeyxülislam

“İnsanlarımızda 1988-1991-ci illərdə olan, sonra itən vətənpərvərlik ruhunu görürəm. Bu, Azərbaycan prezidentinin apardığı siyasətin nəticəsidir”.

 
 

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə şeyxülislam Allahşükür Paşazadə deyib. 
 

 

QMİ sədri bildirib ki, 1988-ci ildən sonra o vaxtkı Azərbaycan rəhbərliyi insanlarımızı qurban verib: “Dövlət rəhbərliyinə aciz, asılı insanlar gəldi və insanların vətənpərvərlik ruhunu öldürdülər. 1990-cı il 20 Yanvarda 700-ə yaxın yaralı, 140-a yaxın şəhid vardı. O dövrdə bu insanlara şəhid deməyə qoymurdular. Yaralıları belə xəstəxanalara qəbul etmirdilər. Qafqaz Müsəlmanları İdarəsi o yaralıların bir hissəsini xaricə göndərdi. Mən 20 Yanvarı ermənilərin işğal siyasətindən ayırmıram”.


 
A. Paşazadənin sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əsası qoyulan və prezident İlham Əliyev tərəfindən aparılan siyasət, ordu quruculuğu torpaqların işğaldan azad ediləcəyini göstərir: “Əlbəttə, din insanları sülhə çağırmalıdır. Biz məsələlərin sülh yolu həll olunmasının, ədalətli sülhün tərəfdarıyıq. Amma məni narahat edən odur ki, Qaregin dünya ermənilərinə müraciət edib ki, Azərbaycanı Qarabağa iddiasından əl çəkməyə məcbur etmək lazımdır. Son qarşıdurmada Azərbaycan öz torpaqlarını azad etməyə qadir olduğunu göstərdi. Mən srağagün Azərbaycan prezidenti ilə xeyli danışdım. Bu gün tədbirdə şəhid ailələri iştirak edir, dövlət başçısı şəhid ailələrinə dualarını çatdırmağı xahiş etdi. Şəhidlərimiz heç vaxt yaddan çıxmamalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

APA Baycan

Oxşar yazılar