“Snayperlər yalnız Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra geri çəkilə bilər”
03 may 2013 20:09 (UTC +04:00)

“Snayperlər yalnız Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra geri çəkilə bilər”

 

 “Bu gün diplomatik korpuslar, beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycan-Ermənistan tərəfini təmas xəttindən snayperləri geri çəkməyə çağırır. Azərbaycan onların bu istəklərini yerinə yetirərsə, növbəti dəfə həmin diplomatik korpuslar, beynəlxalq təşkilatlar təmas xəttindən geri çəkilmək tələbini qoya bilər”.


APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu bu gün cəbhə xəttində keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tərəfinin birmənalı şəkildə mövqeyi bəllidir və bu məsələ yalnız Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkün ola bilər. E. Sabiroğlu qeyd edib ki, Azərbaycan işğal altında olan torpaqlarını işğaldan azad etməyə qadirdir və buna hər an hazırdır.

 

E. Sabiroğlu orduda son vaxtlar qeydə alınan itkilərə münasibət bildirib: “Hər bir itki ürək ağrıdır. Ancaq bəzi KİV-də yayımlanan informasiyalar qərəzlidir. Hərbçilərin ailə-məişət zəmində, yol qəzalarında həyatını itirməsini Azərbaycan Silahlı Qüvvələrinin itkisi kimi qələmə vermək düzgün deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar