Ukrayna kəşfiyyatından ETİRAF: “Putini  öldürməyə çalışırıq”
24 may 2023 18:55 (UTC +04:00)

Ukrayna kəşfiyyatından ETİRAF: “Putini öldürməyə çalışırıq”

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin generalı Vadim Skibitski bildirib ki, kəşfiyyat Vladimir Putin və Yevgeni Priqojini öldürməyə çalışır.

Lent.az-ın məlumatına görə, o, bu barədə “Welt”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, kəşfiyyatın siyahısı təkcə ən vacib insanlardan ibarət deyil, orada kifayət qədər böyük “hədəflər” də var. Siyahının ən başında Rusiya prezidenti və “Vaqner” özəl hərbi birləşməsinin lideri dayanır, o cümlədən öz adamlarına hücum əmri verən bölmə komandirlərinin məhv edilməsi prioritet məsələdir.

Skibitski qeyd edib ki, Putin kəşfiyyatın ona getdikcə yaxınlaşdığını hiss edir, lakin o, əlavə olaraq öz tərəfdarları tərəfindən öldürülməkdən qorxur.

“Putin gizlənir, o, indi yenidən başını çıxarmağa başlayır”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4116
avatar

Oxşar yazılar