Tramp Zelenski ilə görüşdü:  “Putinlə olduğu kimi yaxşı münasibətlərimiz  var”
27 sentyabr 2024 19:12 (UTC +04:00)

Tramp Zelenski ilə görüşdü: “Putinlə olduğu kimi yaxşı münasibətlərimiz var”

Tramp Zelenski ilə görüşməkdən şərəf duyduğunu bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, keçmiş Amerika prezidenti onun Ukrayna dövlətinin başçısı, eləcə də Kremlin rəhbəri Vladimir Putinlə “yaxşı münasibətləri” olduğunu bildirib.

“Bizim yaxşı münasibətimiz var... Mənim Putinlə də yaxşı münasibətim var”.

Tramp deyib ki, Ukraynada müharibə bitməlidir. O, ölkənin keçdiyi dəhşətləri qeyd edib və bildirib ki, “heç kim belə bir şey görməyib”.

O, həmçinin Ukrayna prezidentini tərifləyib: “O, çoxlu sınaqlardan keçdi, onun kimi başqa insanlar yoxdur, onu görmək mənim üçün böyük şərəfdir”.

Zelenski cavabında Putinin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl dayandırılmayacağına diqqət çəkib, lakin bu məqsədə çatmaq üçün ABŞ-ın hər iki siyasi partiyası ilə işləməyin vacibliyini vurğulayıb.

“Biz başa düşürük ki, hər iki tərəflə işləməliyik”, - Zelenski bildirib.

Tramp həmçinin Zelenski ilə “əla münasibəti” olduğunu əmin edib və onun prezidentliyinin epizodlarından birini - 2019-cu ildə impiçment cəhdini xatırladıb. Onun sözlərinə görə, daha sonra Trampın “səhv heç nə etmədiyini” deyən Zelenskinin sözləri sayəsində demokratların impiçment cəhdi uğursuzluqla nəticələnib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar