Tramp Putinin xarizmasına  valeh olub - Merkelin qalmaqallı xatirələrindən  fraqment 
26 noyabr 2024 13:14 (UTC +04:00)

Tramp Putinin xarizmasına valeh olub - Merkelin qalmaqallı xatirələrindən fraqment 

Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirələrində Trampın Putinlə niyə belə yaxşı rəftar etməsinin təfərrüatlarını açıqlayıb.

Keçmiş kansler Avropanı genişmiqyaslı hərbi münaqişəyə sürükləyən səbəblərlə bağlı fikirlərini bölüşdüyü xatirələr yazır.

Lent.az bildirir ki, bu barədə “Die Zeit” qəzetinin nəşr etdiyi kitabın fraqmentlərindən birində bəhs edilir.

Merkel hələ dərc edilməmiş xatirələrində Donald Trampın ilk prezidentliyi dövründə Vladimir Putinə heyran olduğunu qeyd edir.

Keçmiş kansler 2017-ci ildə ABŞ-a səfərini xatırladıb. Onun sözlərinə görə, kənar şəxslər olmadan şəxsi söhbətində ABŞ-ın o vaxtkı prezidenti ona Şərqi alman mənşəli və Putinə münasibəti ilə bağlı bir neçə sual verib. 

Məlum olub ki, Tramp Rusiya lideri ilə çox maraqlanıb.
Merkel yazır: “Mən başa düşdüm ki, avtoritar və diktatura meylli siyasətçilər onda güclü təəssürat yaradıblar”.

Keçmiş kansler öz xatirələrində Putinin mümkün hərbi cavabından qorxaraq 2008-ci ildə Ukraynanın tez NATO-ya üzv olmasına necə mane olmasından da danışıb.

O vurğulayıb ki, NATO-ya hər hansı yeni üzvlük təkcə ev sahibi ölkəyə deyil, bütün Alyansa fayda verməlidir. Lakin Merkelin fikrincə, Ukraynanın NATO-ya daxil olması Rusiyanın Krımda hərbi bazasının olması səbəbindən vəziyyəti gərginləşdirə bilər. O, həmçinin qeyd edib ki, 2008-ci ildə ukraynalıların əksəriyyəti NATO-ya üzv olmaq ideyasını dəstəkləməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369
avatar

Oxşar yazılar