Qeydiyyatdakı partiyalara buna görə  6 ay vaxt veriləcək
21 noyabr 2022 13:19 (UTC +04:00)

Qeydiyyatdakı partiyalara buna görə 6 ay vaxt veriləcək

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 180 gün ərzində 5 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Yeni redaksiyaya əsasən, bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5 min nəfərə çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməli idi.

Eyni zamanda qanun layihəsinin yeni redaksiyasına əsasən, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun qanunun tələblərinə uyğunluğunu yoxlayacaq. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək. Bu məlumatı daxil olduğu tarixdən 30 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim edəcək.

Qeyd edək ki, qanunun əvvəlki redaksiyasında bu müddət 15 gün nəzərdə tutulmuşdu.

# 786
avatar

Oxşar yazılar

İran Orxan Əsgərovun cənazəsinin verilməsinə süni əngəllər törədir

İran Orxan Əsgərovun cənazəsinin verilməsinə süni əngəllər törədir

28 yanvar 2023 , 22:16
Azərbaycanın İrandakı səfiri yaralıların vəziyyətini açıqladı - VİDEO

Azərbaycanın İrandakı səfiri yaralıların vəziyyətini açıqladı - VİDEO

27 yanvar 2023 , 23:56
Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verdi

Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verdi

27 yanvar 2023 , 20:44
QMİ-dən BƏYANAT:  "Səfirliyimizə hücum terror aktıdır"

QMİ-dən BƏYANAT: "Səfirliyimizə hücum terror aktıdır"

27 yanvar 2023 , 18:26
"Türkiyə can dostunun yanındadır" - Ərdoğandan DƏSTƏK

"Türkiyə can dostunun yanındadır" - Ərdoğandan DƏSTƏK

27 yanvar 2023 , 17:07
İran terror dövləti olduğunu bir daha sübut etdi:  Sonu virandır

İran terror dövləti olduğunu bir daha sübut etdi: Sonu virandır

27 yanvar 2023 , 15:37
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

27 yanvar 2023 , 15:06
“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev

“Azərbaycan səfirliyinə qarşı törədilən terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Ramiz Alıyev

27 yanvar 2023 , 14:21