“Mənə qarşı çirkli hücumlar   edir” - Trampdan Zelenskiyə İTTİHAM
26 sentyabr 2024 13:42 (UTC +04:00)

“Mənə qarşı çirkli hücumlar edir” - Trampdan Zelenskiyə İTTİHAM

O, Bayden və Harrisi “sövdələşmə”dən “imtina edən” Zelenskiyə milyardlarla dollar verməkdə ittiham edib.

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini ona qarşı “çirkli hücumlarda” ittiham edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, bunu Şimali Karolinada seçki kampaniyası zamanı deyib.

Tramp çıxışının əhəmiyyətli hissəsini Ukraynaya həsr edib, orada xüsusilə Vladimir Zelenskidən şikayətlənib. O bildirib:

"Ukrayna prezidenti bizim ölkədədir. O, sevimli prezidentinizə, mənə qarşı çirkin kiçik hücumlar edir".

Tramp konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

O, prezident Co Bayden və onun seçkidəki rəqibi Kamala Harrisi “sövdələşmə”dən “imtina edən” Zelenskiyə milyardlarla dollar verməkdə ittiham edib.

"Və biz sövdələşmədən imtina edən adama - Zelenskiyə milyardlarla dollar verməyə davam edirik", - Tramp əlavə edib.

Trampın Zelenski ilə bağlı açıqlamaları

Tramp bu yaxınlarda Ukrayna lideri Vladimir Zelenskinin ABŞ-a səfərini pisləyib və onu “tarixin ən böyük satıcısı” adlandırıb. O, bazar ertəsi Pensilvaniyada BMT Baş Assambleyası qarşısında keçirilən mitinqdə Ukrayna siyasətinə “fərqli” yanaşacağını bildirib.

"Görürəm ki, Zelenski buradadır. Məncə, Zelenski tarixin ən yaxşı ticarətçisidir: o, hər dəfə ölkəyə gələndə 60 milyard dollarla gedir", - Tramp deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832
avatar

Oxşar yazılar