Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışdan sonra Azərbaycan bütün sahələrdə inkişafa başladığı kimi milli-mənəvi dəyərlərimizə münasibətdə də yeni bir mərhələ başladı. Bu mərhələdə xalqımızın min illərlə yaşatdığı milli-mənəvi dəyərlərinin yeni intibah dövrünün başlanğıcı oldu. İlk öncə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil dövlətin ilk milli konstitusiyasında dini etiqad azadlığı tam şəkildə təmin edildi. Ulu Öndər Heydər Əliyev dövlət din münasibətlərini “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik.” fikrini dövlət quruculuğu prosesinin əsasını təşkil etmişdir. Ulu Öndər Heydər Əliyev xalqımızın dini tədbirlərində tez-tez xalqla bir araya gəlir və onların dini tədbirlərində iştirak edir, onlara dövlət-din münasibətlərinin incəliyi barəsində söhbətlər edirdi. Belə görüşlərin birində Heydər Əliyev 1994-cü ilin avqust ayının 26-da Həzrət Peyğəmbərin (s) mübarək mövludu münasibətilə Təzə Pir məscidində çıxışı zamanı bu məqama bir daha toxunaraq belə demişdir. ”İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edənlər də yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eynihüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyruğu, bizim yolumuzdur”. Bununla da Ümummilli Lider Azərbaycanın dövlət-din siyasətini xalqa bəyan etdi. Ulu Öndər Heydər Əliyev milli və dini bayramlar münasibətilə xalqı təbrik etməyi unutmazdı. O, dahi şəxsiyyətin böyüklüyü onda idi ki, müxtəlif dinlərə mənsub ölkə vətəndaşları arasında ayrı-seçkilik qoymurdu. Bütün səmavi dinlərin nümayəndələrinə eyni gözlə baxır, istər məscid, istər kilsə, istərsə də sinaqoqların bərpasına və tikintisinə dövlət dəstəyini əsirgəmirdi. Yenidən qayıdış illərində Azərbaycanın Dövlət büdcəsinin çox az miqdarda olmasına baxmayaraq Bibiheybət məscid-ziyarətgah kompleksinin bərpasına və tikilməsinə maddi vəsait ayırmışdır. Bibiheybət məscid-ziyarətgah kompleksinin açılışı mərasimindəki nitqində Ulu Öndər Heydər Əliyev belə demişdir: ”Müsəlmanlar, azərbaycanlılar 700 il Bibiheybət məscidində, bu müqəddəs yerdə Allaha dua ediblər, mənəvi arzularını yerinə yetiriblər, öz dininə əxlaqına, mənəviyyatına sadiq olduqlarını nümayiş etdiriblər. İslam dini insanlarda ən yüksək keyfiyyətləri tərbiyə etməyə, formalaşdırmağa çalışıbdır.” Bütün bunlar onun xalqa olan diqqətin, milli mənəviyyatına bəslənən sevginin və Azərbaycanda min illər boyu formalaşan tolerantlıq ənənələrinə hörmətin təzahürü idi. Ulu Öndər hakimiyyətə qayıdışın ilk illərində müqəddəs Kəbə evini, Peyğəmbər məscidini ziyarət etmiş, O, müqəddəs məkanlarda xalqımızın birliyinə, müstəqilliyimizin daim və əbədi olması üçün uca Allaha dualar etmişdir. Ulu öndərin dövlət din siyasətinə olan münasibəti bu gün də layiqli davamçısı, möhtərəm Prezidentimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Zaqatala rayonu Gözbarax kənd
məscidinin imamı, dini icma sədri
Əmin Həsənov