“Bir daha sual verirəm, hər dəfə bu sualı verirəm, verəcəm, cavab gələnə qədər verəcəm: hardandır bu pul, hardan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər də, hardan gəlib?”
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, bizim pulumuz var, hər şey şəffafdır: “Nə qədər pulumuz var, Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq, heç kimdən də asılı deyilik. Bu borc içində olan ölkə, müflisləşən ölkə hardan alıb? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta rezervləri isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bank rezervləridir. Onlardan istifadə edə bilməz. İstifadə etsə, onda onların o dırnaqarası valyutası da kəllə-mayallaq gedəcək. Kim verib sənə bu qədər silahı, niyə soruşan yoxdur?”