
Bu gün vətənə qaytarılan bütün əsir və girovların ADLARI

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb.
Lent.az "Oxu.az"a istinadən xəbər verir ki, əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.
Dövlət Komissiyası Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsinin təmin edildiyini bildirib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.
Məlumatlara görə, dekabrın 14-də Vətənə qaytarılan 9 əsir və girov aşağıdakı şəxslərdir:
1. Emin Baxşəliyev
2. Amin Musayev
3. Yəhya Abdinov
4. Şərif Əliyev
5. Ömər Ələkbərov
6. Nurəddin Yolçuyev
7. Bayram Kərimov
8. Dilqəm Əsgərov
9. Şahbaz Quliyev

Oxşar yazılar

ABŞ siyasətində yeni dalğalanmalar və dünya düzəni
23 yanvar 2021 , 17:14
Prezident akademiki "Şöhrət" ordeni ilə təltif etdi
23 yanvar 2021 , 15:39Əsgərimiz minaya düşərək şəhid oldu - FOTO
21 yanvar 2021 , 21:44
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
21 yanvar 2021 , 18:51
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2021 , 12:08
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
20 yanvar 2021 , 12:00
20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08