Azərbaycanlı jurnalistin Moldovada yazısı çıxdı: "İlham Əliyevin Şanlı Qarabağ qələbəsi..."
02 noyabr 2021 14:02 (UTC +04:00)

Azərbaycanlı jurnalistin Moldovada yazısı çıxdı: "İlham Əliyevin Şanlı Qarabağ qələbəsi..."

Moldovada jurnalist Fariz Quliyevin “İlham Əliyevin Şanlı Qarabağ qələbəsi Cənubi Qafqazla yanaşı qonşu dövlətlərə də geniş imkanlar yaradır” başlıqlı məqaləsi dərc olunub.

Lent.az-ın məlumatına görə, bu ölkənin nüfuzlu “Ava.md” İnformasiya Agentliyində dərc olunan məqalədə, 44 günlük müharibədə prezident İlham Əliyevin əzmkarlığından, müharibəyə rəhbərlik edən Ali Baş Komandan kimi humanistliyindən, post-müharibə dövründə Qarabağın yenidən qurulmasından bəhs olunur. Yazıda hazırda Qarabağda ərazilərdə minaların təmizlənməsindən, bu sahədə çətinliklərdən ə danışılır. Bundan başqa, Qarabığda aparılan quruculuq işləri, qısa zaman kəsiyində tikilən Füzuli beynəlxalq aeroportu, aparılan digər işlər də yazıda öz əksini tapıb. 

Yazı ilə ətraflı BURADA tanış ola bilərsiniz.

# 2730
avatar

Oxşar yazılar