Ermənistan rəhbərliyi öz cəmiyyətini niyə aldadırdı? - ŞƏRH
17 noyabr 2020 12:29 (UTC +04:00)

Ermənistan rəhbərliyi öz cəmiyyətini niyə aldadırdı? - ŞƏRH

44 günlük Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində böyük və sarsıdıcı qələbəsiylə başa çatdı. Ayyarımlıq hərbi əməliyyatlar nəticəsində Ermənistanın hərbi potensialının təxminən səksən faizi Milli Ordumuz tərəfindən məhv edildi və ya qənimət kimi ələ keçirildi. Döyüş səhnəsində itirilmiş yalnız hərbi texnika, silah və sursatın dəyərinin 3 milyard dollardan çox olduğu bilinir. Döyüşlərdə Ermənistanın 10 mindən çox canlı qüvvə itirdiyi də ehtimal olunur.

Tarixən öz mütəşəkkilliyi ilə seçilən diasporu da Ermənistanın köməyinə gələ bilmədi. Ermənistan hərbi rəhbərliyi və mediası sentyabrın 27-dən hərbi əməliyyatlar başlayandan öz ictimaiyyətini aldatmaqla məşğul oldular. İtkiləri gizlətməyə çalışdılar. İctimaiyyətə yalan məlumat verməklə onların kənar informasiyaya çıxmasının qarşısını aldılar.

Həqiqəti yazan bir çox xarici jurnalistlər ölkədən qovuldu.  Bəzilərini isə ölümlə təhdid etdilər.

Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən düşmən reallığı etiraf etməyə özündə güc tapmadı. Paşinyan və onun ideoloqları mediada və sosial şəbəkələrdə özlərinə məxsus yalanları dövriyyəyə buraxdılar.  Ermənistan əhalisinə saxta məlumat verməklə onları əsil həqiqəti bilməkdən məhrum etdilər.

İlk əvvəldən sosial medianı xüsusi vakuuma saldılar, qruplaşdırdılar ki, məlumatları ancaq hakimiyyətin maraqlarına uyğun tənzimləsinlər. İnsanlarına yalan məlumat verməklə onların kənar informasiyaya çıxmasının qarşısını aldılar.

Məğlubiyyətin şokundan hələ də tam ayılmayan Ermənistanda indi bütün sahələrdə xaos hökm sürür. Erməni ictimaiyyətindən müharibədəki real itkilərin sayı hələ də gizlədilir. Hansı ki, bu rəqəmin minlərlə olduğunu hamı təxmin edir.

Ermənilərin ən çox necə deyərlər yalanla manipulyasiya etdikləri məsələlərdən biri də Hadrut və Şuşayla bağlıydı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən buranın da separatçı rejimdən azad olduğu uzun müddət təsdiq edilmirdi.

Şuşa uğrunda gedən döyüşlərdə də yalanları ilə xalqı aldadan Ermənistan iqtidarı, buranı da son günə kimi itirmədiklərini bəyan edirdi. Separatçı rejimə qulluq edən War Gonzo kimi qurumlar isə saxta video görüntülər təqdim edərək cəmiyyəti aldadırdılar.

 

Baş nazir Nikol Paşinyan müharibə başlayandan Azərbaycan tərəfində  guya Türkiyənin və Yaxın Şərqdən yaraqlıları hərbi əməliyyatlara cəlb etdiyi iddiaları ilə çıxış edirdi. Amma zaman-zaman yaraqlıların məhz Ermənistan tərəfdən döyüşdüyü üzə çıxdı.

Baş naziri Paşinyan öz xalqına yalan danışdıqlarını hələ indi etiraf etməyə başlayıb. İtkilərin miqyasından bəhs edən Paşinyan əsl həqiqətləri tam dilə gətirməsə də, Qarabağda baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb. Bir qədər əvvəl KİV-ə verdiyi açıqlamada faktiki kapitulyasiya olduqlarını etiraf edib. “Beynəlxalq ictimaiyyət torpaqların boşaldılmasını tələb edirdi” deyir. Bu isə diplomatik cəbhədə də məğlub olduqlarının etirafıdır. Arutyunyan, Şuşan Stepanyan gündə bir foto yaymaqla həm özünü, həm də erməni ictimaiyyətini dolamaqla məşğul oldular. “Taktiki geri çəkilmə və ya bu kimi ifadələrlə Ermənistan cəmiyyətini aldatdılar. Belə getsə, erməni ictimaiyyəti müharibənin real nəticələrini hələ çox gec dərk edəcək.

...Onda isə gec olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar