İran prezidenti azərbaycanlıları yenə niyə tərifləyib?
O, orada «Həvari» adlı kənd təsərrüfatı sənayesi kompleksinin açılışına qatılıb. Bu müəssisənin ümumi sahəsi 2 min 13 hektardır. Kompleksdə kənd təsərrüfatının çeşidli sahəsi ilə məşğul olmaq nəzərdə tutulub. Müəssisədə 15 min baş südlük inək cinsi saxlanılır. Bu məqsədlə tikilmiş fermaya 45 milyon dollar xərclənilib.
«Həvari»-nin 350 hektarında pomidor, şəkər çuğunduru və qarğıdalı əkilməsi planlaşdırılıb. Orada ev quşları və qaramal üçün yem, süd zavodu, tomat istehsalından ötrü sexləri də tikilməkdədir. Müəssisədə 2 milyonluq ev quşu üçün quşçuluq fabrikinin tikilməsinə başlanılıb.
Bu sayaq müəssisələrin açılması azərbaycanlılar üçün heç də ucuz başa gəlmir. Tehran hakimiyyəti belə işləri ilə Güney Azərbaycan türkləri üçün havayı etmir, azərbaycanlıları öz maraqlarını qorumağa xidmət etdirməyə çalışır. Çünki bu sayaq müəssisələr Azərbaycanın bir çox rayon və şəhərlərində tikilməsi qanunauyğundur. Azərbaycan öz kənd təsərrüfatı məhsulları ilə uzun illərdir, İranı əhalisinin xidmətindədir.
İran məclisinin kənd təsərrüfatı, su və təbii ehtiyatlar komissiyasının sədri Abbas Rəcai Muğandakı aqrosənaye və heyvandarlıq müəssisinin ölkədəki önəmindən danışaraq, deyib ki, belə müəssisələr daha çox kənd təsərrüfatı məhsulları istehsal edən bölgələrdə yaradılıb-tikilməlidir.
Bol sulu Araz çayının Güney tayında yerləşən Muğanda 2,6 min hektarlıq kənd təsərrüfatı sənayesi kompleksi mövcuddur. Bu kompleks «Muğan» adlanır. Onun əsas idarəsi Ərdəbil əyalətindən 220 km Şimalda yerləşən Parsadab (buranın əsl adı Muğandır)şəhərindədir. Rəsmi mənbələrin məlumatına görə, oranın əhalisinin sayı 200 min nəfərdir.
Tehran hakimiyyəti bu dövlət müəssisəsinin torpaqlarını əhalidən zor gücü ilə alıb. Bir neçə il öncə orada İnqilab Keşikçiləri Qvardiyasının hərbiçiləri torpağını vermək istəməyən yerli çobanı güllələmişdilər.
Yada salmaq lazımdır ki, Tehran hakimiyyəti Güney Azərbaycan torpaqlarında bir belə sərmayə layihəsini gerçəkləşdirəndə farsdilli sayılan əyalətlərdə - İsfahan, Fars, Şirazda ondan çoxunu həyata keçirir. Ancaq oralarda nə əhali güllələnir, nə də yerli sakinlərin pay torpaqları əllərindən zorla alınır…
Yuxarıda qeyd etdiyimiz kimi İran rəhbərliyi bu sayaq məsələlərlə Güney Azərbaycan türklərini, bir qədər açıq desək, «özünə işlətmək» istəyir.
«İRNA»-nın məlumatına görə, ölkə prezidenti Mahmud Əhmədinejad həmin səfəri zamanı deyib: «Şərqi Azərbaycanın əhalisi İranın həyatında çox önəmli rol oynayır. İslam Respublikasının qurulmasında, yaşamasında sizlərin göstərdiyi sədaqət, etibar, inam və fədakarlıq yaddan çıxmayacaq. İndiki İranın müstəqilliyində, şöhrətlənməsində Şərqi Azərbaycan əyalətinin əhalisi özlərini fəda etməkdən çəkinmir».
Xatırladaq ki, 2009-cu ilin prezident seçkisindən sonra M.Əhmədinejad Urmiya gölünün qurumasına münasibət bildirərkən də güney azərbaycanlıları xeyli tərifləyəndən sonra bununla məşğul olacaq qurum yaradacaqlarını söyləmişdi.
Ötən ilin martında İran hökumətinin iclaslarından birində Mahmud Əhmədinejadın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunsa da, ötən 16 ayda gölün qurumasının qarşısının alınması ilə bağlı bir iş görülməyib. Halbuki prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi bildirmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problem yaranıb və onları həll etmək lazımdır: «Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik».
Tehran hakimiyyəti Təbrizdə tikilən ayaqqabıları da indi xatırladıb. Ölkə məclisi sənaye komissiyasının sədr müavini Rza Rəhmani deyib ki, 200 ildən artıqdır, Təbrizdə ayyaqabı istehsal olunur. Burada tarixin təhrif edildiyi istisna edilmir. Maraqlı sual meydana çıxır-o vaxtadək oranın əhalisi ayaqqabı geyməyib?
Amma məqsədimiz Təbriz ayaqqabılarının tarixini araşdırmaq deyil.
Ayaqqabı istehsalçılarının bu şəhərdə toplantısı keçirilib. Heç şübhəsiz, Tehran hakimiyyəti belə tədbiri orada keçirməklə guya Azərbaycana diqqət ayırdığını göstərməyə çalışır.
Ötən həftə Tehran hakimiyyəti əsl üzünü Təbrizdə açdığı sərgi ilə bir daha göstərib. Şəhərin «Elgölü» parkında yerləşən mədəniyyət sarayında 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə, eləcə də o dövrə aid tarixi sənədlərdən ibarət sərgi keçirilib. Təbriz bələdiyyəsinin təşkil etdiyi bu tədbirdə Məhəmmədrza şahın Azərbaycana hərbi hücumu, Azərbaycan Milli Hökumətini qan içində boğması, ondan sonrakı illərdə Azərbaycan türklərinə qarşı Tehran hakimiyyəti tərəfindən tutulan divan qələbə kimi təqdim edilib. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin bununla bağlı yaydığı məlumatda bildirilib :«İndiki İran İslam Respublikası hakimiyyətinin öncəki irqçi rejimlərin Azərbaycan türklərinə qarşı törətdiyi cinayətləri gündəmə gətirərək, bunu farsların qələbəsi kimi təbliğ etməsi onların ortaq düşmənlik mövqeyini sərgiləyir».
Yada salıq ki, Azərbaycan Milli Hökumətinin devrilməsində amerikalı general Şvartskop da çox önəmli rol oynayıb. Tehran hakimiyyətinin bu sayaq təbliğatını həm də İslam Respublikası rəhbərliyinin rəsmi Vaşinqtona «sağ ol» ismarıcı kimi də dəyərləndirmək olar.
Güney Azərbaycan bol suludur. Ancaq oranın əhalisi bu təbii sərvətin qıtlığından əziyyət çəkir. Yerli mənbələrin məlumatına görə, Təbrizin bir sıra məntəqələrində su verilməsində böyük fasilələr yaradılır. Havaların isti keçdiyi bir çağda sakinlər suyun verilməməsindən əziyyət çəkir. Mənbənin sözlərinə görə, bu hal səhiyyə ocaqlarında daha tez-tez baş verir.
Beləliklə, Güney Azərbaycanın çeşidli şəhərlərində müəssislər açıb, azərbaycanlılara minnət edən hakimiyyətin iç üzü yuxarıda qeyd etdiyimiz son iki məsələdə daha aşkar görünür. «Görünən kəndə nə bələdçi» atalar sözü burada yerinə düşər.
Sədrəddin Soltan

715