AXC-nin yaradılmasından 22 il ötür
APA-nın məlumatına görə, AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib.
AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyətinin ilk üzvləri olublar. Onlardan üçü - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, xalq yazıçısı Yusif Səmədoğlu və “Azadlıq” qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər.
1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 Yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb. Hərəkatda olan siyasətçilərin əksəriyyəti sonradan özlərinin ayrıca partiyasını yaradıblar.
2000-ci ildə Əbülfəz Elçibəyin ağır xəstəliyi, daha sonra isə vəfatı AXCP-də geniş parçalanmaya rəvac verib - eyni ada əvvəl iki, daha sonra üç siyasi qurum iddia edib. Sonralar indiki Bütöv Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları (sədrləri - Qüdrət Həsənquliyev və Mirmahmud Mirəlioğlu) AXCP adı uğrunda mübarizədən çəkiliblər. Hazırda 1989-cu ildə qurulmuş AXC-nin əsas varisi Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədri - Əli Kərimli) sayılır, ancaq digər iki təşkilat da yaranış gününü 1989-cu il iyulun 16-dan hesablayır. Bu üç qurumun heç birində AXC-nin ilk liderlərindən kimsə yoxdur.

563