Azərbaycanın dövlət sərhədini İran pozub?
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, iyulun 3-də Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasının ərazisindən silahlı şəxslər tərəfindən sərhəd pozulub.
Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant Quliyev Rüfət Firudin oğlu ağır güllə yarası alıb. O, aldığı yaradan yolda vəfat edib.
Dövlət sərhədinin pozulmasının qarşısı alınıb, silahlı şəxslər İran İslam Respublikasına qaçıblar. Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri aparılır.
İran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Ramin Mehmanpərəst baş vermiş qanlı olayla bağlı açıqlamasında deyib ki, tərəflər baş vermiş hadisəni araşdırmağa başlayıb.
İslam Respublikası daxili işlər nazirinin müavini Əli Abdullahi isə İranın rəsmi “İRNA” xəbər agentliyinə müsahibəsində bildirib: “Azərbaycan Respublikasının sərhədçiləri qanunsuz olaraq, İran sərhədini pozub. Azərbaycanlı hərbçi İran sərhədçilərinin xəbərdarlığına məhəl qoymayıb. Bunun nəticəsində isə olay baş verib”.
Azərbaycan Respublikasının uyğun qurumu isə bəyan edib ki, ölkənin dövlət sərhədi İran tərəfindən pozulub.
Tarixə qısaca nəzər salmaqla məsələyə münasibətimizi davam etdirmək istərdik. İki dövlət arasında sərhəd pozulması təxminən 22 il öncə baş verib. Onda güneyli-quzeyli azərbaycanlılar qohumlarını axtarırdı. Qohumluq telləri bərpa olunduqdan sonra pozulmuş sərhəd zolağından qaçaq yolu ilə ticarət əlaqələri quruldu. Bu da başa çatandan sonra qaçaq yolla Azərbaycan Respublikasına İran İslam Respublikasından narkotik mallar daşındı. Az qala hər ay bu işlə məşğul olan İran vətəndaşları Azərbaycan Respublikasının İranla sərhədində yaxalanıb. Onların bir çoxu sonradan dövlət başçısı tərəfindən əfv olunub.
Ancaq indiyə kimi İslam Respublikasında Azərbaycan Respublikasının vətəndaşı olan narkotik qaçaqmalçısı tutulmayıb. Bu baxımdan ehtimal etmək olar ki, Azərbaycan Respublikasının sərhədində baş verən olay da narkotik qaçaqmalçılığı ilə bağlıdır.
Əslində İran hakimiyyəti nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyalarla üzləşdiyindən o, bu yasaqların vurduğu və ya vura biləcəyi iqtisadi zərərdən yayınmaq üçün bir sıra malların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsində maraqlıdır. Bunu İran rəsmiləri də verdikləri bəyanatla təsdiqləyirlər.
Ötən gün İran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) komandanı Məhəmmədəli Cəfəri jurnalistlərlə görüşündə İran prezidenti Mahmud Əhmədinejadın “bəzi hərbi qurumların qanunsuz əmtəə qaçaqmalçılığı ilə məşğul olması” barədə açıqlamasına reaksiya verib.
Hökumət başçısı bir neçə gün öncə Tehranda keçirilən valyuta və əmtəə qaçaqmalçılığına qarşı mübarizə toplantısında bəzi hərbi qurumların ölkənin Cənubunda qanunsuz əmtəə qaçaqmalçılığı ilə məşğul olduğunu demişdi: “Bu məsələ araşdırılmalı və heç kəs toxunulmaz olmamalıdır. Hesab edirəm ki, əgər hətta müdafiə, təhlükəsizlik və informasiya sahələri ilə bağlı bəzi əmtəələrin ölkəyə gətirilməsi vacib olsa da, hər şey qanuni sərhəd gömrüyündən keçməlidir. İrana hər il 60 milyard ədədə qədər qanunsuz siqaret gətirilir. Bu, təxminən 2 milyard dollar deməkdir”.
Məhəmmədəli Cəfəri deyib: “Sepah”ın nəzarətində olan məntəqələrdə heç bir qanunsuz əmtəə idxalı və ya sövdələşməsi həyata keçirilmir. Hesab edirəm ki, bəzilərinin ortaya atdığı bu yanlış və düzgün olmayan məsələ onların müəyyən maraqları ilə bağlıdır”.
Hələ bu ilin martında İnqilab Keşikçiləri Qvardiyasının sərhəd polisi komandanı general Hüseyn Zülfiqari bildirmişdi ki, sərhədlərin təhlükəsizliyi çərçivəsində yaxın zamanlarda hava nəzarəti sistemi yeniləşdiriləcək, sərhəddə bu məqsədlə Hava Hücumundan Müdafiə Sisteminin yeni bazaları qurulacaq. Onun sözlərinə görə, ötən ildən sərhəddə yeni elektron texnologiya tətbiq edilib: “Ölkə sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirmək üçün üstün-plan hazırlanıb və yaxın günlərdə bu təsdiqlənəcək”. H.Zülfiqari Azərbaycan Respublikası ilə sərhəd rayonlarda, Parsabad (Muğan) və Güney Biləsuvarda baxış keçirmişdi.
Təxminən bir il öncə İslam Respublikası Daxili İşlər Nazirliyinin qaçaqmalçılığa qarşı mübarizə baş idarəsinin rəisi, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi bildirmişdi ki, 2009-cu ildə qanunsuz yolla ölkəyə daxil olan və çıxan malların ticarət dövriyyəsi 19 milyard dollardan artıq olub. O, demişdi ki, 2010-cu ilin ilk 6 ayı ayında İrana 16 milyard dollarlıq qaçaqmal gətirilib, 3 milyard dollarlıq isə çıxarılıb. Bu malların yalnız 3 faizi təyin edilərək, müsadirə olunub. Tehranın keçmiş prokurorunun dediyinə əsasən, bu qaçaqmalçılıq “güclü, qanunsuz birliklər tərəfindən himayə və idarə olunur, biz hələ onların arxasında duran qüvvələri müəyyənləşdirə bilməmişik”.
Bir il öncəki açıqla ilə və Əhmədinijatın bir neçə gün əvvəlki çıxışı bir daha təsdiqləyir ki, ölkədə qaçaqmalçılığa qarşı mübarizədə elə ciddi dəyişiklik baş verməyib. Yerli müşahidəçilərin fikrincə, İslam Respublikasında qvardiyanın nəzarəti altında olan çoxlu sayda qeydiyyatsız gömrük məntəqəsi fəaliyyət göstərir.
Bundan başqa 1994-cü ildə İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) özünümaliyyələşdirməyə keçmişdi. Onda əlavə qazanc mənbəyi kimi ettellatçılar qaçaqmalçılığı himayə etməyə başlamışdı.
Yerli şahidlərin sözlərinə görə, Əfqanıstandan İslam Respublikasına qaçaq yolla gətirilən narkotik maddələr karvanını da hakimiyyəti bu qurumu həyata keçirirmiş.
Yeri gəlmişkən, Səddam Hüseynin hakimiyyəti illərində İraqa hər cür mal qaçaq yolla Tehranın çeşidli dövlət qurumları başçılarının himayədarlığı əsasında gerçəkləşdirilirdi. Elə həmin illərdə Tehran terrorçu PKK-nı və kürd qaçaqmalçılarını bu özəlliynə görə də dəstəkləyirdi. Çünki İraqa qanunsuz malları əsasən onlar daşıyırdı. Həmin kürdlər sonradan İraqdan Güney Azərbaycana köçürüldü, torpaq, mal-mülk yiyəsi oldu.
Orta Şərqdə baş verənləri, nüvə proqramına görə İrana qoyulan yasaqları, habelə ölkə daxilində mövcud iqtisadi, siyasi, sosial vəziyyətin ağırlığını nəzərə alsaq, sərhəd pozuntusunda daha çox Tehran hakimiyyətinin maraqlı olduğu qənaətinə gəlmək olar. Odur ki, İran rejiminin əlinin Azərbaycan hərbçisinin qanına batığını da ehtimal etmək mümkündür.
Sədrəddin Soltan

652