İlyas İsmayılov: “Fəxr edirəm ki, Etimad kimi oğlum var” - MÜSAHİBƏ
Azərbaycan Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun APA-ya müsahibəsi.
- Azərbaycandakı ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?
- Ölkədəki ictimai-siyasi durum normaldır, qeyri-adi bir şey görmürəm. Cəmiyyətdir, cəmiyyətdə hər şey ola bilər, narazı insanlar da ola bilər, bu da təbiidir. Hesab edirəm ki, ümumilikdə cəmiyyət öz axarı ilə gedir. Mənim sadəcə, arzum ola bilər. Dünyanın bəzi ölkələrində baş verən hadisələrlə əlaqədar bəziləri istəyir ki, həmin hadisələr Azərbaycanda da olsun. Mən şəxsən bir insan kimi, bu cür hadisələrin gələcək nəticəsini görən bir şəxs kimi bunun əleyhinəyəm, olmamasını arzulayıram. İstəməzim ki, bizim ölkəmizdə belə təlatümlü hadisələr olsun. Ancaq ümumiyyətlə, istəyirəm ki, insanların problemlərindən üz çevrilməsin, insanlar narazı qalmasın. Harada narazı insanlar varsa, onlar dinlənilsin, problemləri həll edilsin. Son vaxtlar qeyri-qanuni mitinqlərlə bağlı insanlar tutulub. İstərdim ki, hakimiyyət böyük humanistlik göstərib onların hamısını azad etsin.
- Ədalət Partiyasında da həmin aksiyaları təşkil etmiş İctimai Palataya meylli insanların olduğu hiss edilir...
- Bizdə belə adamlar yoxdur. Əgər Ədalət Partiyasında belə insanlar olsaydı, gedib İctimai Palatada oturardılar.
- Hər halda müavininiz Elxan Şükürlünün açıqlamalarından Sizin dediklərinizin əksi görünür...
- Elxan Şükürlü İctimai Palatanın üzvü deyil ki... O, öz fikrini deyib. Hər kəs öz fikrini deyə bilər. Qaldı ki, şəxsən mənim İctimai Palata ilə bağlı fikirlərimə, onu mətbuatda olduğu kimi verməmişdilər. Şəxsən mən heç vaxt onların əleyhinə olmamışam. Kim onu yazıbsa, buraxıram öz vicdanına. Mən İctimai Palatada olan insanları mənfi xarakterizə etməmişəm. Əksinə, demişəm ki, insanların sərbəst toplaşmaq azadlığı haqqı var, bu, təmin olunmalıdır. Bu, Konstitusiyada göstərilib. Mən hüquqşünasam, heç vaxt hüququn əleyhinə getmərəm. Mən demişəm ki, icazəsiz mitinqlərin tərəfdarı deyiləm. İnsanların döyülməsinin, həbs olunmasının tərəfdarı deyiləm. Mən fikir söyləmişəm. Kim də bunun əleyhinə çıxır-çıxsın. Ancaq mənim dediklərim mətbuatda düzgün yazılmayıb.
- Bəziləri iddia edir ki, Ədalət Partiyasının fəaliyyəti digər siyasi partiyalarla müqayisədə, yumşaq desək, nəzərəçarpan deyil. Bununla nə qədər razılaşırsınız?
- Əlbəttə ki, razılaşmıram. Əgər partiyanın fəaliyyəti insanları küçəyə çıxarıb döydürməklə müəyyən olunursa, qoy bizim fəaliyyətimizə mənfi qiymət versinlər. Ədalət Partiyası Azərbaycanın əsas rayonlarında – 70-dən çox rayonda fəaliyyət göstərir. Naxçıvanda çox partiyaların özəyi yoxdur, ancaq Azərbaycan Ədalət Partiyasının orada özəyi var və çox uğurla fəaliyyət göstərir. Ölkənin taleyi ilə bağlı bu və digər məsələlərə də partiya münasibətini, fikrini bildirir. Kim deyə bilər ki, bizim partiya passiv hərəkət edir?! Onu ancaq bədxahlarımız deyə bilər.
- Siz bu yaxınlarda ölüm cəzasının bərpa olunması təklifi ilə çıxış etmisiniz. Bunu nə ilə əsaslandırırsınız?
- Mən elə təklif verməmişəm. Mən hüquqşünasam, praktik işdə müəyyən qədər həyatı təcrübəm də, elmi dərəcəm də var. Hesab edirəm ki, bəzi boş-boş danışanlardan fərqli olaraq, mən öz təcrübəmə əsaslanan fikirlər söyləyə bilərəm. Əlbəttə, həmişə həqiqət çoxluq tərəfində olmur. Sokratı da çoxluğun tələbi ilə öldürdülər. Sonra peşman oldular. Hesab edirəm ki, ölüm cəzasını ağırlaşdırıcı halda insan öldürməyə görə bərpa edək. Biz Avropa Şurasının ölüm cəzasının ləğvi şərtinə qol çəkib bu quruma daxil olduq. İndi də mənim fikrim həlledici bir fikir deyil. Dövlət ona gedə də bilməz. Ancaq bir mütəxəssis kimi mən bunu söyləyirəm. Hesab edirəm ki, siyasətdə kompromis ola bilər, ancaq elmdə kompromis olmamalıdır. Mən niyə belə fikirləşirəm? Avropa ölüm cəzasının ləğvini tələb edəndə guya humanizm mövqeyindən çıxış edirdi. Mən isə hesab edirəm ki, Avropa humanizm məsələsinə birtərəfli yanaşıb. Yəni humanizm prinsipləri təkcə cinayətkarın qayğısına qalmaqdan ibarət deyil. Humanizm heç də sonsuz xeyirxahlıq, yaxud xristian dinində olan kimi hər şeyi bağışlamaqdan ibarət deyil. Humanizm insanlardan müəyyən dərəcədə tələbkarlıq tələb edir. Humanizm prinsipi tələb edir ki, cinayət hadisəsi baş verəndə, cinayətkarın marağı ilə yanaşı, həm də cəmiyyətin təhlükəsizlik marağı da nəzərə alınmalıdır. Hesab edirəm ki, cəmiyyətin təhlükəsizliyinin qorunması, zərərçəkmişin maraqlarının təmin olunması baxımından adam öldürməyə görə ölüm cəzası saxlanmalı idi. Bəzi adamlar bunun əleyhinə gedib mətbuatda – boş-boş danışıblar. Biri mənim adıma, savadıma yaraşdırmır... Mən öz adımın da, savadımın da təəssübkeşi ola bilərəm, heç kim bundan narahat olmasın. Biri də deyir ki, İlyas İsmayılovun öz oğlu həbsdədir. Bunun da heç yeri deyildi. Korrektə olunmamış ifadədir. Onsuz da oğlumun heç bir cinayəti yoxdur. Artıq yavaş-yavaş qondarma cinayət işi də sökülür. Oğlumu ittiham ediblər ki, guya külli miqdarda oğurluq edib, çirkli pulları da aparıb xaricdə yuyub. Əslində əksinədir, oğluma 40 milyon pul borclu olublar. Onu qaytarmaq əvəzinə oğlumu həbsxanaya saldırıb “kompensasiya” ediblər. Yəni qəbul edən etsin, etməyən etməsin, mən hesab edirəm ki, bu, düzgün deyil və gələcəkdə bu məsələyə qayıdıb ölüm cəzasını bərpa etməlidirlər. Onu da xatırladım ki, dünyanın çox ağıllı adamları ölüm cəzasının tərəfdarı olub.
- Yəqin razılaşarsınız ki, Avropa Şurasının üzvü olan Azərbaycan üçün ölüm cəzasının ləğv olunması praktiki cəhətdən mümkün deyil.
- Mən axına qarşı gedirəm, bilirəm ki, dövlət bunu qəbul etməz, ancaq yenə deyirəm. Kim mənim arqumentlərimi geri qaytara bilər?! Bayaq da dediyim kimi, bəzən həqiqət azlıq tərəfdə olur.
- Oğlunuz Etimad İsmayılovun işi ilə bağlı nə yenilik var?
- Mən çox təəssüf edirəm ki, Etimadı onun vətəndaşı olduğu dövlət müdafiə etmədi. Çox təəssüflənirəm! Rusiyadan göndərilmiş yalançı arayışların təsiri altında oldular. Bayaq da dedim, oğlumu ittiham edirlər ki, guya beynəlxalq mütəşəkkil cinayət qrupu yaradıb. Mənim oğlum heç vaxt qanunu pozmaq istiqamətində fəaliyyət göstərə bilməz. Əgər o cinayət etsəydi, özüm ondan imtina edərdim. Biz əlbəttə ki, ona verilən ittihamla razılaşmırıq, Etimad bəraət almalıdır. Biz ona çalışırıq.
- Belə iddialar da var ki, Etimadın buraxılmasının qarşısını əslində milliyyətcə azərbaycanlı olan şəxslər alır. Bu barədə mətbuatda məlumatlar yer alıb...
- Belə iddialar da var. Mən açıqlamaq istərdim ki, bəli, belə insanlar da olub. Ancaq Etimadın heç bir cinayəti yoxdur, Azərbaycanın məğrur balalarından biridir. Əgər Etimadın cinayəti olsaydı, ondan bir ata kimi üz döndərərdim. Mən fəxr edirəm ki, Etimad kim oğlum var.

1065