“Yest”i, “net”i bilməyən oğlan, yalan danışan rus qızı, tara vurğun yəhudi həkim - HEKAYƏT
O, 1942-ci ilin mart ayının 8-də hərbi xidmətə yola düşür. Əvvəlcə hərbi məktəbə göndərilir. Üç aydan sonra Mozdok şəhəri uğrunda gedən döyüşlərə qatılır və daha uzaqlara getməli olur. 1943-cü ilin noyabr ayında Mircəfər Bağırov azərbaycanlı döyüşçülərlə görüşə gəlir. İsmayıllı rayonundan olan bir əsgərin Mircəfər Bağırova açıq şəkildə “Mircəfər, sənin millətinin balalarını burda almanlar yox, ruslar qırırlar - dil bilməməyin ucbatından, sən hara baxırsan?” deməsindən sonra yaranan 416-cı Taqanroq diviziyasının əsgəri olur. Tale onun yollarını Ukrayna cəbhəsindən, Şərqi Avropadan ta Berlinə qədər dəyişir. 1943-cü ildə yaralanır. Sağalıb, yenidən döyüşçü dostlarının sıralarına qayıdır.
“Güllə batmayan qarayanız azərbaycanlı komandir”
Əsgər Zeynalov batalyona qayıdanda çox şey dəyişmişdi... Sağ-salamat qoyub getdiyi dostlarının əksəriyyəti yaralanmış, həlak olmuş, itkin düşmüşdü. Əvəzində üst-başından doğma Azərbaycanın yovşanlı, kəklikotulu, baldırğanlı çöllərinin ətri gələn cavan-cavan azərbaycanlılar vardı hissədə.
Həzi Aslanovla da ilk dəfə orada görüşür, tanış olur. Kəşfiyyat rotasında qulluq edən Ə.Zeynalov deyir ki, o dövrlərdə hamı danışırdı ki, tank diviziyasının komandirinə silah tuşlayıb, atəş açıblar. Amma güllə azərbaycanlı generala batmayıb.
“Onu almanlar yox, ermənilər öldürdülər”
Söhbət zamanı köynəyindən çıxdığı qanlı-qadalı illəri yenidən xatırlayan Əsgər kişi deyir ki, Həzi Aslanovu almanlar nə qədər çalışsalar da, öldürə bilmədilər. Amma ermənilər xaincəsinə qeyrətli Azərbaycan balasını məhv etdilər. Amma bu həqiqəti heç kim dilinə gətirə bilmir.
Müharibə qurtardıqdan sonra Həzi Aslanovun yaşadığı kəndə gedib, onun yaxınları ilə görüşür, uzun illər hər Qələbə günü heykəlini ziyarət edir. Zaman keçdikcə yolu oradan da kəsilir...
Yarıya qədər torpağın altında qalan yaralı və qorxu bilməyən rus qızı...
Sonuncu dəfə Kaluqa şəhəri uğrunda gedən döyüşlərdə alman tankının atdığı mərmi onu qanına qəltan eləyir. Bütün bədəni qəlpəylə dolur. Özü isə yarıya qədər torpağın altında qaldığından çıxıb canını qurtara bilmir. Huşunu itirdikdən sonra tibb bacısı olan bir rus qızı sağ olduğunu görüb, onu torpağın altından şıxarır. Yaralını yüz metrlərlə məsafədə yağış kimi yağan güllənin, qəlpənin altında daşıyıb, yaralılar üçün ayrılmış çadıra gətirir. Həmin rus qızı 416-cı Taqanroq diviziyasının 20-dən çox yaralı azərbaycanlı əsgərini döyüş meydanından çıxararaq həyatını xilas edir. Tankların tırtılı altında qalan bir gənc azərbaycanlını xilas edərkən düşmən gülləsinə tuş gəlir. Amma yaralının həyatının qurtarır və əbədiyyətə qovuşur.
“Yalan danışan rus qızı, tara vurğun yəhudi həkim”
Sovet qoşunları almanları geri oturdur. Yaralıların hamısı hospitala yerləşdirilir. Bir neçə gündən sonra həkim tibb bacılarından birinə rus dilində Əsgər Zeynalovun sağ qolunun amputasiyasına hazırlıq görməyi tapşırır. Heç də qafqazlılara məxsus şəkildə qarayanız olmayan azərbaycanlı döyüşçünün yaraşıqlı görkəminə yazıq-yazıq baxan tibb bacısı donub qalır. Həkimin növbəti əmrinə səksənən rus qızı qeyri-ixtiyari ona deyir ki, həkim, bu oğlan bayaqdan yalvarır ki, onun qolunu kəsməyək, yaxşı tar çala bilir. Qolu kəsilsə...
Bir qədər dərin fikrə gedən həkim qərarını dəyişir və göstərişlərini verib, yaralının aqibətini həmin rus qızının ümidinə buraxır. Ona elədiyi yaxşılığa görə tibb bacısına minnətdarlıq edən azərbaycanlı döyüşçü ondan niyə ona bu qədər kömək etdiyini də soruşur. Amma həmişə cavablar o qızın baxışlarından ələnən məchul bir təbəssümün arxasında gizlənir...
“Mamedi yaralı qoyub, onun əmri ilə qərargaha qayıtdım”
Əsgər kişinin xidmət etdiyi kəşfiyyat qrupunun komandiri Mamed adlı azərbaycanlı olub. Düşmənin arxasında döyüş tapşırığını yerinə yetirəndə Mamed ağır yaralanır. Onlardan xəbər tutan almanlar ərazini tanklarla mühasirəyə alır. Amma sovet kəşfiyyatçıları bu sınaqdan qəhrəmanlıqla çıxa bilsələr də, qrupun rəhbəri düşmən gülləsindən qurtara bilmir. Yaralı komandir məlumatları qərargaha çatdırmaq üçün Zeynalovu geri göndərmək istəyir. O isə getməyəcəyini deyəndə komandir silahını qaldırıb, həmyerlisinə tuşlayır və əmri yerinə yetirmək göstərişi verir. Əks halda isə onu özünün vuracağını bildirir. Qərargaha qayıdan Zeynalov dərhal əsgər yoldaşları ilə birgə geriyə - yaralı komandiri götürməyə qayıdır.
Mamed qərargaha çatdırılır və doğma döyüşçülərin qucağında son dəfə nəfəs alır...
“Borclu olduğum rus qızını tapa bilmədim...”
1944-cü ilin sonlarına yaxın yenidən yaralanan Əsgər Zeynalov bir daha döyüş meydanlarına qayıda bilmir. Bu dəfə qəlpələr onun sağlamlığını ciddi şəkildə sıradan çıxarır. Yalnız 1945-ci ilin may ayında hərbi hospitalın palatasındakı radioda Sovet Məlumat bürosunun xəbərini eşidir: “Şanlı Sovet Əsgəri Berlini aldı, faşizm məğlub oldu”... Müharibə qurtardıqdan sonra onu başqa bir həkim rus qızı qatarla gətirib Ağdam hərbi komissarlığına təhvil verib, geri qayıdır. Sağalandan sonra isə o, döyüşçü yoldaşlarının çoxunu axtarıb tapır. Həyatını amputasiyadan qurtaran, varlığını xilas edən rus qızını isə nə qədər axtarsa da tapa bilmir.
Amma hələ də o qız haqqında sevə-sevə danışır...
Teymur Zahidoğlu

831