“EURONEST PA haqlı mövqeyimizi çatdırmaq üçün yaxşı platforma ola bilər” – MÜSAHİBƏ
- EURONEST Parlament Assambleyasının təsis iclası haqqında məlumat verməyinizi xahiş edirik.
- Mayın 3-4-də Brüsseldə EURONEST Parlament Assambleyasının təsis yığıncağı keçirildi. Qurum Avropa Parlamentindən 60 nümayəndə, Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova parlamentlərinin hərəsindən 10 nümayəndə olmaqla təsis edildi. Tədbirdə qurumun daxili Nizamnaməsi müzakirə edildi, bir neçə dəyişikliklər nəzərə alınaraq əsas kimi qəbul olundu. Qərara alındı ki, 4 daimi komitə yaransın. Siyasi məsələlər, insan haqları, demokratiya, iqtisadi əlaqələr, qanunların Avropa Birliyinin siyasətinə uyğunlaşdırılması, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və vətəndaş cəmiyyəti komitələri yaradıldı.
Nizamnaməyə görə, qurumda 2 həmsədr, 8 vitse-prezident, 8 komitə həmsədri, (4 Avropa Parlamentindən, 4 Şərqi Avropadan) və 2 işçi qrupunun 4 həmsədri olacaq. Keçirilən seçkilərin nəticəsi olaraq Avropa Parlamentinin üzvü cənab Viginin və Ukrayna parlamentinin üzvü cənab Tarasyuk həmsədr seçildilər. Bütün nümayəndə heyətlərinin rəhbərləri Büroya üzv oldular. 4 komitə sədri seçildi. Enerji təhlükəsizliyi komitəsinin sədri mən oldum. Siyasi məsələlər, insan haqları, demokratiya, iqtisadi əlaqələr komitəsinin sədr müavini Asim Mollazadə, Mədəniyyət, təhsil və vətəndaş cəmiyyəti komitəsinin sədr müavini Azay Quliyev seçildi. İki işçi qrupunun sədrlik məsələsi isə növbəti iclasa kimi həll olunacaq.
- EURONEST PA nəyə xidmət edəcək?
- Avropa Qonşuluq Siyasətində iştirak edən Şərqi Avropa ölkələrinin parlamentarları və Avropa Parlamentinin üzvlərini bir araya gətirəcək parlament assambleyasının yaradılması barədə təklif hələ ilk olaraq AP-nin gücləndirilməsinə dair 15 noyabr 2007-ci il tarixli qətnamədə irəli sürülüb. Daha sonra Belarus istisna olmaqla, hazırda “Şərq tərəfdaşlığı”na daxil olan 5 tərəfdaş ölkənin parlamentarlarının iştirakı ilə 2008-ci ilin 4-5 iyul tarixlərində Brüsseldə baş tutmuş parlamentlərarası konfransda qəbul edilən bəyanatda AP-nin iştirakçı dövlətləri Avropa İttifaqı Şərq Qonşuluğu Parlament Assambleyasının təsnifi məsələsini nəzərdən keçirməyə dəvət olunublar. Konfransın ardınca AP tərəfindən sözügedən assambleyanın təsis edilməsi istiqamətində müvafiq addımlar atılıb. 2008-ci il sentyabrın 22-də AP-yə həmin dövrdə sədrlik etmiş H. Q. Pötterinq tərəfindən iştirakçı ölkələrin milli parlamentlərinə qeyd olunan təşəbbüsə münasibət bildirməsi üçün müvafiq məktublar ünvanlanıb.
- Bəs bu qurumun Avropa Şurası Parlament Assambleyasından fərqi nədir?
- Avropa Şurasında ölkələrin quruma daxil olması ilə bağlı öhdəliklər mövcuddur. EURONEST PA-da isə belə öhdəliklər nəzərdə tutulmayıb. Avropa Şurası PA-nın tərkibində Avropa Şurasına daxil olan ölkələrin hamısı iştirak edir. EURONEST PA-ya isə yalnız Avropa Birliyinə daxil olan ölkələr və yuxarıda qeyd etdiyimiz 5 ölkə daxildir. Ümumiyyətlə, yeni yaranan strukturun hələ dəyişikliyə məruz qalması gözlənilir. Yeni yaranan qurum tamamilə fərqli bir qurum olacaq.
- Azərbaycanın bu qurumda təmsil olunması bizə hansı imkanlar açacaq?
- Bu qurum Avropa Birliyi təcrübəsinin tətbiq olunması, qanunların uyğunlaşdırılması, ölkə haqqında düzgün məlumatın çatdırılması baxımından önəmlidir. Həmçinin Azərbaycanla Avropa arasında siyasi məsələlər, insan haqları, demokratiya, iqtisadi əlaqələr, qanunların Avropa Birliyinin siyasətinə uyğunlaşdırılması, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığa təkan verəcək. Biz ümid edirik ki, EURONEST PA Azərbaycanın haqlı mövqeyini bir daha nümayiş etdirmək üçün yaxşı bir platforma ola bilər.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29