“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Xocalı soyqırımını andı - FOTO
Fevralın 23-də “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, kəlbəcərli gənclərin, Xocalı rayon icra hakimiyyətinin nümayəndələrinin, faciənin canlı şahidlərinin, ictimai təşkilatların təmsilçilərinin də qatıldığı tədbirdə ermənilərin Azərbaycana qarşı soyqırımı siyasətinin nəticələrindən danışılıb. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib Misirov çıxış edərək Xocalı faciəsini “erməni millətçilərinin xalqımıza qarşı apardığı 200 illik soyqırımı siyasətinin qanlı səhifəsi” kimi dəyərləndirib. O qeyd edib ki, son 100 ildə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycana qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxarıb.
Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fiqurə Rüstəmova isə deyib ki, qabaqcadan planlaşdırılmış Xocalı qırğını həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdi: “Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyur, müxtəlif əzalarını kəsir, körpə uşaqların gözlərini çıxarır, hamilə qadınların qarınlarını yarır, adamları diri-diri torpağa basdırır və ya yandırır, cəsədlərin bir qismini minalayırdılar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilmirdi, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirirdilər”.
Anım mərasimində Xocalı faciəsinin həm dünya dövlətləri, həm də Azərbaycan gəncləri arasında təbliğinin bir qədər də gücləndirilməsinin vacibliyi qeyd olunub. O da bildirilib ki, bu faciə göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi və ibrət dərsi kimi xatırlanmalı, belə hadisələrin dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırılması üçün bütün imkanlar səfərbər olunmalıdır.
Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağının “Xocalı soyqırımı” ilə bağlı hazırladığı filmi nümayiş olunub. Həmçinin Kəlbəcər rayonunun 126 və 19 saylı orta məktəblərində təhsil alan şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə anım mərasimi başa çatıb.
Elxan SALAHOV

793