BMİ rəsmiləri Bakıda görüşlərə başladı
Fevralın 21-də dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milz qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun dəvəti ilə Bakıya işgüzar səfərə gəliblər. Lent.az-ın məlumatına görə, bu gün onlar əvvəlcədən razılaşdırılan səfər proqramına uyğun olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində BMİ-nin Azərbaycan Milli Komitəsinin sədri U.Rəhimoğlu və Milli Komitənin üzvləri ilə görüşüblər.
U.Rəhimoğlu qonaqlara BMİ-nin Azərbaycan Milli Komitəsinin fəaliyyəti, ölkəmizdə medianın vəziyyəti barədə geniş məlumat verib. O, Azərbaycanda son illər medianın inkişaf etdirilməsi istiqamətində dövlətin apardığı əsaslı işlərdən və hazırkı problemlərdən də danışıb. O, BMİ-nin missiyasının yalnız və yalnız dialoq, qarşılıqlı anlaşma olduğunu deyib: “Beynəlxalq Mətbuat İnstitutunun bütün media problemlərini yalnız qarşılıqlı anlaşma və dialoq yolu ilə həll etməyi qarşısına məqsəd qoyub. Beynəlxalq Mətbuat İnstitutu, onun Azərbaycan Milli Komitəsi ortaya çıxan problemlərin həlli zamanı daim obyektiv mövqe nümayiş etdirməyə, hadisələrə tərəfsiz yanaşmağa çalışır. Təəssüf ki, bəzən mətbuatın problemlərinə tərəf nümayiş etdirərək, qərəzli və radikal yanaşanlar da olur. Bu isə bütövlükdə mövcud olan problemlərin həllinə mane olan amillərdən biridir”.
A.B.Mckenzi və A.Milz BMİ-nin fəaliyyətindən və qarşıda duran vəzifələr barədə danışıblar. Konkret təkliflər ətrafında aparılan danışıqlarda BMİ-nin Milli Komitələrinin Azərbaycanda toplantısının keçirilməsi, bu qurumun nəşrlərinin Azərbaycan dilinə tərcümə edilib ölkəmizdə yayılması, konfliktlərin həllində jurnalistlərin yaxından iştirak etməsi və sairə məsələlər müzakirə olunub.
Toplantıda iştirak edən Milli Komitə üzvləri Azərbaycan Jurnalistlər Birliyinin katibi Ramiz Əsgər, Demokratik Jurnalist Liqasının sədri Yadigar Məmmədli, JuHİ sədri Müşfiq Ələsgərli, media mütəxəssisi Azər Həsrət, tanınmış jurnalist-publisist Laura Cəbayıllı müzakirələrdə öz rəy və təkliflərini bildiriblər.
BMİ rəsmilərinin növbəti görüşü Azərbaycan Mətbuat Şurasında olubdur. Onlar tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şura üzləri, ölkənin aparıcı qəzet və agentliklərin rəhbərləri ilə geniş müzakirələr aparıblar. Ə.Amaşov Mətbuat Şurasının yaranma zərurətindən, onun fəaliyyətindən və gördüyü işlərdən danışıb. “Bakı-Xəbər”, “Yeni Azərbaycan”, “Xalq Cəbhəsi”, “İki Sahil” qəzetlərinin baş redaktorları Aydın Quliyev, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə, “Yeni Müsvata” qəzetinin baş direktoru Ələsgər Süleymanlı, APA-nın baş direktoru Vüsalə Mahirqızı çıxış edərək mətbuatın real vəziyyəti barədə qonaqlara məlumat verdilər. Problemlərdən və onların həlli istiqamətində dövlətin gördüyü işlərdən danışan media rəhbərləri onları maraqlandıran sualları BMİ rəsmilərinə ünvanlayıblar.
Sonra BMİ rəsmiləri, U.Rəhimoğlu və onları müşayiət edən Beynəlxalq Avrasiya Mətbuat Fondun departament rəhbəri Nİk Nvolisa Azərbaycan Respublikası Prezident Administarsiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovla görüşüblər. Günün sonunda isə qonaqlar Beynəlxalq Media Mərkəzində olublar.
Qeyd edək ki, BMİ rəsmilərinin səfərdə əsas məqsədi Azərbaycan mətbuatının real vəziyyəti ilə yaxından tanış olmaq, onun inkişaf etdirilməsi yolları istiqamətində müzakirələr aparmaqdır. bu gündən başlayaraq qonaqlar Azərbaycanın dövlət rəsmiləri, bir sıra media qurumlarının və KİV-rin rəhbərləri, o cümlədən, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcəklər. BMİ rəsmiləri səfərin sonuncu günü-fevralın 25-də Beynəlxalq Media Mərkəzində mətbuat konfransı keçirəcəklər.
Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın 120 ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində milli komitələri fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırar.

610