Mətbuat Şurasında BMİ rəsmiləri ilə görüş keçirilib - FOTO
Bu gün Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzlə görüş keçirilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib.
O bildirib ki, ötən ilin martından Mətbuat Şurası və ATƏT-lə ortaq layihə çərçivəsində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əlavə və dəyişikliklər edilib: “Burada əsas məqsəd diffamasiya mühitində jurnalist məsuliyyətini möhkəmləndirmək idi ki, peşə davranışı qaydalarının yeni, təkmil variantında da məhz bu məqama diqqət yetirilib. İndi isə bilavasitə diffamasiya haqqında qanun üzərində iş aparırıq. Artıq tamamlama mərhələsindəyik. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq”.
BMİ-nin direktoru Alison Betel Mckenzi bildirib ki, BMİ-nin dünyanın demək olar, bütün ölkələrində nümayəndələri var, Milli Komitələrin sayı isə 20-dir. Onlardan biri Azərbaycanda fəaliyyət göstərir və işi yüksək qiymətləndirilir: “Səfərimizdən məqsəd Milli Komitənin fəaliyyəti ilə daha yaxından tanış olmaqla yanaşı, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə maraqlanmaq, bununla bağlı tendensiyaları izləmək və BMİ-nin hansı çətinliklərin aradan qaldırılmasında iştirak edə biləcəyini müəyyənləşdirməkdən ibarətdir”.
BMİ-nin mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milz çıxışında diqqəti qurumun konfliktli bölgələrin jurnalistləri arasında dialoq yaratmaq təcrübəsinə yönəldib. Onun sözlərinə görə, təşkilatın tarixində İkinci Dünya Müharibəsindən sonra Fransa və Almaniya jurnalistlərini bir araya gətirmək kimi praktika mövcuddur: “İsrail və Fələstin jurnalistləri arasında da görüş keçirmişik. İlk növbədə çalışırıq ki, media təmsilçiləri özlərinin daşıdıqları missiyanı unutmasınlar. Onları hadisə və proseslərə münasibətdə peşəkar olmağa çağırırıq”.
O, çıxışında həmçinin BMİ-nin növbəti tədbirlərindən birinin ölkəmizdə keçirilməsi imkanlarından da söhbət açıb. Antoni Milz deyib ki, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu bir məkan olduğundan buradan dünyaya verilən hər hansı mesaj çox önəmlidir.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Azərbaycan cəmiyyətində diffamasiya haqqında qanunun qəbulu ilə bağlı ortaq mövqe var və ölkə hakimiyyəti də sənədin qəbulunda maraqlıdır: “Burada səsləndi ki, Beynəlxalq Mətbuat İnstitutunun əsas missiyası konfliktli bölgələrin jurnalistlərini bir araya gətirmək, onlar arasında dialoq yaratmaqdır. Bilmək istərdik ki, qurumun Azərbaycan və Ermənistan jurnalistlərini bir araya gətirmək kimi niyyəti varmı, varsa, bu, nəyə xidmət edir”.
Sualı cavablandıran Alison Betel Mckenzi jurnalistlərin ilk növbədə jurnalist olmalı olduqlarını önə çəkib: “Peşəkarlıqla həyata keçirilən fəaliyyət daha səmərəli nəticələr əldə etməyə, o cümlədən siyasi hakimiyyətlərin qərarlarının müsbətə doğru dəyişməsinə imkan verir”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxışında haqqında söhbət açılan mövzu üzərində dayanıb. Onun sualı BMİ-nin Avropadakı bask-ispan, flamand-vallond qarşıdurmalarında bu millətlərdən olan jurnalistləri bir araya gətirmək niyyətinin nə dərəcədə gerçəkləşməsi ilə bağlı olub. “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Azərbaycanda senzuranın rəsmən ləğv edildiyini vurğulasa da, bir sıra halların jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirib.
APA baş direktoru Vüsalə Mahirqızı diqqəti Azərbaycan və Ermənistan jurnalistlərini bir araya gətirən görüşlərin zaman-zaman baş tutduğuna çəkib. Hər iki ölkənin media təmsilçilərinin müxtəlif tədbirlərdə də görüşdüyünü söyləyən baş direktor bildirib ki, əsas məsələ Azərbaycan və Ermənistan rəsmilərinin ortaq mövqeyə gəlməsində, yaranmış konflikti həll etməsindədir. “Diffamasiyaya gəldikdə, Azərbaycan Prezidenti elə bu salonda Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə məsələnin vacibliyini vurğuladı. Amma başqa problemlərimiz də var. Ölkədə ilk mənbədən informasiya alınması sahəsində çətinliklər mövcuddur. Bir sıra mətbuat xidmətlərində çalışanlar öz missiyalarının nədən ibarət olduğunu yetərincə dərk etmirlər. Məncə, bu məsələdə təhsil də önəmli faktordur. Ali məktəblərdə ictimaiyyətlə əlaqələr sahəsində mütəxəssislərin yetişdirilməsinə ehtiyac duyulur. Eyni zamanda media-menecment əlaqələri də önəmlidir. İstərdik ki, Beynəlxalq Mətbuat İnstitutu mövcud istiqamətlərdə Azərbaycan jurnalistikasına yardımçı olsun, seminarlar, treninq-məşğələlər və sair bu kimi maarifləndirici tədbirlər keçirsin”.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov qeyd edib ki, jurnalistikanın həqiqi mənada söz sahibi olması üçün onun iqtisadi bazası möhkəmləndirilməlidir. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli BMİ-nin Azərbaycan üzrə Milli Komitəsinin işinin əhəmiyyətinə toxunub. Mətbuatımızın müstəqillik dövründəki fəaliyyətindən bəhs edən baş redaktor ötən müddətdə media sahəsində baş verən ən mühüm yeniliklər kimi Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını vurğulayıb.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında BMİ təmsilçiləri ilə 2009-cu ildə Vyanada baş tutan görüşü xatırladıb. Həmin toplantının əhəmiyyətindən danışan baş redaktor qurumun nümayəndələrinin Bakıdakı təmaslarının da məhsuldar olacağına inandığını dilə gətirib. O, Azərbaycanda media sahəsindəki mükəmməl qanunvericilik bazasının mövcudluğuna diqqət çəkib: “Bu qanunlar beynəlxalq standartlara tam cavab verir. Beynəlxalq ekspertlər də mövcud reallığı qəbul edirlər. Diffamasiya məsələsinə gəlincə, jurnalist vətəndaşların şərəf və ləyaqətini aşağılamamalı, təhqiramiz materiallar qələmə almamalıdır. Bunu edənlərin məsuliyyət yükü qanunda nəzərdə tutulmalıdır. Diffamasiya mühiti sui-istifadələrə yol açmamalıdır”.

549