Zəngilanın işğalından 16 il ötür
Bu, Azərbaycanın işğal edilən sonuncu rayon olub
Bu gün Azərbaycanın Zəngilan rayonunun işğalının 16-cı ili tamam olur. Lent.az-ın məlumatına görə, rayon 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan Respublikası tərəfindən işğal olunub.
Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Bundan sonra rayonunun müdafiəsi özünümüdafiə dəstələrinin ümidinə qalıb. Lakin özünümüdafiə dəstələri də erməni silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilməyib.
Zəngilana erməni qüvvələrinin daxil olacağı rayon camaatı bilib. Buna görə də rayon sakinləri dərələrdə gecələyib. Erməni tankları 4 tərəfdən rayona hücuma keçərək 2-ci Xocalı faciəsini törətmək istəsə də, bu baş tutmayıb. Əhali cəld tərpənərək özünü Araz çayına atıb və İran ərazisinə keçib. Bununla da, zəngilanlılar gözlənilən soyqırımından yaxa qurtara biliblər.
Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayon olub.
BMT və bütün dünya ölkələri Zəngilanı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.
Əlverişli coğrafi mövqeyə malik Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 700 kvadrat km-dən, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Zəngilan Qarabağ müharibəsində 188 şəhid verib.
Rayonun inzibati mərkəzi Zəngilan şəhəridir. Rayon şimaldan Qubadlı və Cəbrayıl rayonları, cənubdan və şərqdən İran, qərbdən Ermənistanla həmsərhəddir. Zəngilanın füsunkar təbiəti var. Rayon ərazisindən böyük əhəmiyyətə malik Oxçuçay keçir. Oxçuçay uzun illər ekoloji təcavüzkarlığa məruz qalıb. Sovet dövründə (1920-1991) Ermənistanın tullantılı suları Oxçuçaya axıdılırdı.
Zəngilanın ərazisində "Bəsitçay" qoruğu yerləşir.
İşğala qədər rayon ərazisində 141 mədəniyyət ocağı fəaliyyət göstərirdi.

500