Rəbiyyət Aslanova: “Hələ bağlı qapı arxasındayam” - MÜSAHİBƏ
Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın APA-ya müsahibəsi
- Necəsiniz?
- Allaha şükür bu gün yaxşıyam.
- Ancaq o gün Sizinlə telefonla danışanda yaxşı olmadığınızı dediniz?
- O dünənin həqiqəti idi. Bəzən özümü işlə çox yükləyirəm. Çox işləyəndə gözlərim ağrıyır. Gözlərimdə təzyiq var. İstəsəm də, istəməsəm də etiraf etməliyəm ki, 57 yaşım var.
- Ancaq çox cavan görünürsünüz...
- Öz yaşımı heç vaxt azaltmıram. Yaşı azaltmaq ona bənzəyir ki, kiminsə sənə bağışladığı hədiyyəni layiqincə qiymətləndirməyəsən. Mən Allahın verdiyi bu gözəl yaşı nəyə görə dəyərsizləşdirməliyəm? İnsan var ki, heç bu yaşa gəlib çatmır. İnsan ona ayrılan ömür payının hər gününün dəyərini bilib, şükranlıq hissi yaşamalıdır. Heç mənim atam bu yaşa gəlib çatmamışdı…
- Həyatda hər insanın öz planları olur. Sizin necə, ürəyinizdəki planlar yerinə yetibmi?
- Heç kəs deyə bilməz ki, mən həyatımı planlaşdırdığım kimi yaşamışam. İnsan ancaq nəyisə arzulaya bilər. Kimsə deyə bilməz ki, mən elə uşaq vaxtından deputat və ya nazir olmaq istəyirdim. İnsanın gələcək qisməti haradasa kodlaşdırılmış şəkildə olsa da, buna gedən müxtəlif yollar var. Bu kodda hər şey var. Yəni insan deputat da, fəhlə də, nazir də ola bilər. Bu işlərin hər birinin öz ağırlığı var. Arzu məqsədlə mənim aramda olan bağlayıcı impulsdur. Mənim arzum, istəyim var. Bu haradasa təyinat nöqtəsidir. Yəni mən içimdəki arzunu həyata keçirmək üçün müəyyən yükün altına girməkdən çəkinmirəmsə, arzuma çatıram. Əgər gücüm çatmırsa, mən başqa yol seçirəm. Yəni ağırlığından asılı olaraq çiynim hansı yükü çəkə bilirsə, onu da götürürəm.
- Belə çıxır ki, çiyninizi ağır yükün altına verməkdən çəkinməyibsiniz...
- Mən hələ tələbə olanda fikirləşirdim ki, görəsən, bu universitetin dəhlizlərindən müəllim kimi keçə biləcəyəm? Bu arzuma çatandan sonra namizədlik işimin müdafiəsi haqqında düşünürdüm. Ondan sonra başqa istək və arzular... Yəni qazandıqlarımın hamısını bu şəkildə əldə etmişəm.
- Növbəti hədəfinizi deyə bilərsiniz?
- Mənim dayanmaq fikrim yoxdur. Növbəti hədəfimi desəm, maraqsız olar. Bu işdə özünü də, cəmiyyətdə təəccübləndirməlisən. Bir gün depressiyaya düşəndə özümdən narazılığım yaranır.
- Bəzi deputatlardan gələcək hədəflərini sorüşanda “elə bu deputatlıq bəsimizdir” deyirlər...
- Bu gün mən millət vəkiliyəm. Bundan başqa kafedra müdiri kimi elmi fəaliyyətim var. Sağlamlığım və imkanlarım varsa, bundan belə də oturmaq fikrim yoxdur. Hər gün özüm özümü təəccübləndirirəm. Dayanmaq durğunluq deməkdir. İstənilən proses dayandısa, tənəzzülə doğru gedəcək. Ona görə də durmaq yox, yola davam var.
- Milli Məclisdəki qadın həmkarlarınızın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Çox müsbət. Onların hər biri öz yerindədir. Kiminsə fəaliyyəti qabarıq, kiminsə fəaliyyəti isə sönük ola bilər.
- Üçüncü çağırış Milli Məclisin fəaliyyətinin sona çatmasına az qalır. İndiyə qədər keçilmiş dövrü necə qiymətləndirirsiniz?
- Uzun illər bundan əvvəlki Milli Məclislə indiki Milli Məclisin fəaliyyəti arasında yerlə-göy qədər fərq var. Söhbət ondan getmir ki, indikilər daha bilikli və bacarıqlıdır. Azərbaycan cəmiyyətinin parlamentə münasibəti dəyişib. Bu gün deputatlara icra hakimiyyətinin və ya bələdiyyələrin işçisi kimi müraciət eləmirlər. Artıq deputatlara beynəlxalq aləmdə olduğu kimi münasibət bəslənilir.
- Növbəti dəfə deputatlığa namizədliyinizi irəli sürmək fikriniz var?
- Əlbəttə var. Ancaq bu, mənim seçicilərimdən asılıdır.
- İnsan haqları komitəsinin sədri kimi Azərbaycanda insan haqlarının vəziyyətini necə qiymətləndirərdiniz?
- İlk növbədə onu deyim ki, bizim komitənin üzvlərinin yarıdan çoxu müxalifət partiyalarının üzvləri və sədrləridir. Elə bu fakt insan hüquqlarına hörməti ifadə edir. Biz çox gözəl konsensusa gələ bilirik. Bəlkə də komitədə yaranan bu münasibətin özü yeni təbiətli müxalifətin formalaşmasına gətirib çıxarır. Yəni bu, müxalifət ifadəsinə münasibətin dəyişməsidir. Yeni Azərbaycan Partiyasının üzvü olaraq onlara anlatmaq istəyirəm ki, biz yalnız və yalnız iş birliyinə getmək istəyirik. Bizim fəaliyyətimiz Azərbaycanın sabahı naminədir. Burada hər şeyi inkar prinsipi ilə yaşamaq lazım deyil. Yəni müxalifətin xarakterini, təbiətini dəyişmək arzusu ilə onlara münasibət bəsləyirəm.
- Onlara təsir edə bilirsiniz?
- Çox. Gedib onların özü ilə də söhbət etsəniz, görərsiniz ki, bu insanların artıq əvvəlki prinsipləri tamamilə dəyişib. Biz istəyirik ki, komitəmizdə olan münasibət cəmiyyətə də sirayət eləsin. Bu gün Azərbaycanda insan haqlarının qorunması sahəsində böyük işlər gedir. Bu istiqamətdə Milli Fəaliyyət Planı qəbul edilib. Milli qanunvericiliyin bütün prinsipləri insan haqlarının qorunmasına yönəlib. Ancaq yadda saxlayın ki, insan hüquqlarının ideal qorunduğu heç bir cəmiyyət yoxdur. Bu gün-gündən genişlənən məfhumdur.
- İnsan hüquqlarının müdafiəçisi kimi Azərbaycan ombudsmanının fəaliyyətini neçə qiymətləndirirsiniz?
- Ombudsman institutunun olması olduqca vacib məslədir. İnsanlar belə bir ünvanı çoxdan arzulayırdılar. Ombudsmanın üzərinə böyük vəzifələr düşür. Artıq Azərbaycanda ombudsman institutunun regional şöbələri də yaranıb. İnsanlar bu instituta inanır. Ancaq bu institutun bundan artıq fəaliyyəti ola bilməz. Mən demokratik təsisatların daha çox olmasını istəyirəm. Məsələn, informasiya təhlükəsizliyi üzrə ombudsmanın olması zəruridir. Azərbaycan qlobal informasiya şəbəkəsində iştirak edir. “İnformasiya təhlükəsizliyi haqqında” qanun qəbul olunmalı və bu sahədə ombudsman olmalıdır. Azərbaycana gələn çoxlu sayda qəzet və jurnalların ekspertizasını aparsanız, görərsiniz ki, burada çoxlu məqamlar var ki, insanların beyninə ideyalar yeridilir. Bunun qarşısını almaq üçün ombudsman lazımdır.
- Yeri gəlmişkən ombusmanın seçilməsinə qoyulan məhdudiyyət götürüləndən sonra hələ də yeni müvəkkilin kim olacağı ilə bağlı müəmmalar var. Dəqiq bilinmir ki, hazırkı ombudsman Elmira Süleymanovanın yenidən bu posta seçilmək imkanı var, yoxsa yox?
- Cəmiyyət heç narahat olmasın. Çünki insanların hüquqlarını qorumaq üçün kifayət qədər qanunlar, icra strukturları, insan haqları komitəsi var. Yəqin ki, bu məsələyə dekabrda baxacağıq. Həmin vaxt bu vəzifəyə indiki ombudsman da, yenisi də seçilə bilər. Elmira Süleymanovanın ikinci dəfə də ombudsman olmaq hüququ var.
- Son vaxtlar Azərbaycan da bir neçə məscidin bağlanması dini sahədə gərginlik yaratmayacaq ki?
- Məncə, bu problem yaratmayacaq. Mən Azərbaycanda olan məscidlərin sayının günü-gündən artmasının təhlükəsi haqqında demişdim. Məscidlərin sayının 1750-yə çatması artıq nəticə idi. Sovetlər dövründə Azərbaycanda 17 məscid var idi. Sovetlər dağılandan sonra milli ideyanın yoxluğundan yaranan boşluğu din doldurdu. “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olundu və ona bir neçə dəfə dəyişiklik edildi. Son dəyişiklik isə bir neçə ay əvvəl oldu. Ancaq mən bu gün də hesab edirəm ki, bu sahədə yeni bir qanuna ehtiyac var. Azərbaycanda dini icmalar arasındakı münasibət və bu icmaların cəmiyyətdəki yeri hələ dəqiq müəyyən olunmayıb. Qafqaz Müsəlmanları İdarəsi digər müsəlman dini icmalarına rəy verir. Bu icmalar da iddia edir ki, onlar da bu idarə ilə bərabər hüquqlara malikdirlər. Onlar sual edirlər ki, nəyə görə bu idarədən rəy almalıdırlar? Yəni burada məsələ müəyyənləşməlidir. Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin statusu müəyyən olunmalıdır. Azərbaycanda olan pirlər, ziyarətgahlar Qafqaz Müsəlmanları İdarəsinə tabe deyillər. Bilməlisiniz ki, Azərbaycanda ziyarətgahlar həmişə məsciddən güclü olub. Bu fakt inkar oluna bilməz. Hələ bu gün də Azərbaycanın dini xəritəsi yoxdur. Niyə bu xəritə olmasın? Bu gün Azərbaycan vətəndaşını din xadiminin səviyyəsi qane eləmir. Bu gün biz din xadimi obrazını formalaşdırmalıyıq. Azərbaycanın öz islam modeli var. Bu çox universal bir modeldir. Bəlkə də bu model başqalarına nümunə ola bilər.
- Şeyxülislam Hacı Allahşükür Paşazadənin və onun rəhbərlik etdiyi qurumun ünvanına Milli Məclisdə tənqidi fikirlər səslənmişdi. Bu barədə siz nə düşünürsünüz?
- Mən şeyxin haqqında səslənən tənqidi fikirlərlə qətiyyən razı deyiləm. Mən onunla çoxlu səfərlərdə olmuşam. Onun beynəlxalq tədbirlərdəki vətəndaşlıq mövqeyini görmüşəm. Ona olan hörmət Azərbaycana olan hörmətdir. O bu gün Azərbaycan həqiqətlərini dünyaya təqdim edir. O mənim şeyximdir və onu dəstəkləmək lazımdır. Hər kəs dövlət başçısına və din xadiminə hörmət etməlidir.
- Siz ibadət edirsiniz?
- Mən çox dindar adamam. Ancaq namaz qılmıram. İçimdə Allaha böyük inam var. Anlayıram ki, dünyanın əvvəli və axırı var.
- Bir dəfə Milli Məclisin qarderobunda işləyən qadından deputatlardan hansının daha gözəl geyindiyi soruşdum. Sizin adınızı çəkdi...
- İnsanın hər şeydə gözəlliyi olmalıdır. Nitq gözəlliyindən tutmuş insani münasibətlərə, geyimə qədər hər şey gözəl olmalıdır. Gözəlliyi yaratmaq istəyi həmişə qəlbimdə olub. Mən həm özüm üçün gözəl geyinirəm, həm də bu ətrafa hörmətimdən irəli gəlir.
- Şəxsi biznesiniz var?
- Bir də görürsən gözəl villaları mənə göstərib deyirlər ki, bu Rəbiyyət Aslanovanındır. Təbii ki, belə şeylər mənə gülməli gəlir. Nə mənim, nə də övladlarımın heç bir biznesi yoxdur. Mənə “Azərbaycanda biznesin var” deyən insanların hər birinə müraciət edirəm ki, tapıb o biznesi ortaya çıxarsınlar, bağışlayım onlara.
- Bəs bu fikirlər haradan qaynaqlanır?
- Yəqin ki, bu adamlar mənim adımı hallandırmaqla özlərini nədənsə sığortalamağa, qorumağa çalışırlar. Gedin soruşun ki, Rəbiyyət xanım Balakənə gələndə harada qalır.
- Harda qalırsınız?
- Zaqataladakı Olimpiya Kompleksinin kottecində.
- Eviniz yoxdur orada?
- Allaha and olsun ki, yox. Əslində orada evimiz olub. Sadəcə qohumlarımız yaşadığından onları narahat etmək istəmirəm. Mən demirəm ki, Bakıda evim yoxdur. Burada evim də var, bağım da. Amma rayonda evim yoxdur.
- Oğlunuz Prezident Administrasiyasında şöbə müdiridir. Necə işləyir?
- Mən elə gəlir ki, yaxşı işləyir. Onun pis işləməyə haqqı yoxdur. O elmlər namizədidir. Tez-tez maraqlı söhbətlərimiz olur. Ancaq oğlumun bir xüsusiyyətindən narazıyam. Nə qədər kitab alıb gətirirəmsə, hamısının götürüb aparır.
- O biri övladlarınız nə işlə məşğuldur?
- Balaca oğlum Daxili işlər Nazirliyində işləyir. Hər iki oğlumu ziyalı ailənin övladları ilə evləndirmişəm. Böyük gəlinim Zeynal Xəlilin nəvəsi, Üzeyir Hacıbəyovun nəslinin nümayəndəsidir. Qızım Fəridə isə hələ bu il 11-ci sinfi bitirəcək. O dünya olimpiadalarının qalibidir. “İrəli” gənclər hərəkatında təmsil olunur. Həm də gənclər parlamentinin vitse-spikeridir. O, dəqiq elmlərlə maraqlanır. Mənim üçün isə riyaziyyatın qapıları orta məktəbdə bağlanıb. Mən o zaman bu maneəni dəf edə bilmədim. Elə adam var deyir ki, mən şahmatı sevmirəm. Ancaq “sevmirəm” ifadəsi yoxdur. Sadəcə bu oyunu bacarmamaq var. Riyaziyyatda da müəyyən mərhələdə baş işlətmədinsə, o qapılar bağlanır və hər şey qurtarır. Vay o insanın halına ki, bu qapılar onun üçün bağlanır. Ancaq bağlı qapıları açmaq lazımdır.
- Sizin üçün bağlı qapılar çoxdur?
- Mənim bağlı qapılarım var. Ancaq o qapılardan birini açmaq arzusundayam. Mən hələ bağlı qapı arxasındayam...

1586