Sərdar Cəlaloğlu: “Bu sənəd müxalifətin birliyinə zərər vurur”
Bu, qanunun tələbidir. Biz əgər blokun tərkibindən çıxıb ayrıca seçkinin nəticələrinə hər hansı qiymət versəydik, bunun özü artıq Seçki Məcəlləsinin müvafiq maddəsinin kobud şəkildə pozulması olardı”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. AMİP, AXCP, Böyük Azərbaycan Partiyası, Müsavat Partiyası, “Real” hərəkatı, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyasının seçkinin nəticələri ilə bağlı imzaladığı sənədə münasibət bildirən S. Cəlaloğlu onu da qeyd edib ki, blok şəklində seçkilərdə iştirak edən partiyalar seçki müddətində seçki ilə bağlı müstəqil fəaliyyət göstərə bilməz: “Seçkidə blok şəklində fəaliyyət göstərən partiyanın seçki ilə bağlı blokdan kənar fəaliyyəti qanunla məhdudlaşdırılır. Bunu Seçki Məcəlləsi tələb edir. Əgər hökumətdən qanunun aliliyinin təmin olunmasını tələb edirəmsə, özüm qanunu tapdalaya bilmərəm. Hökumətin etdiyi qanun pozuntusunu pisləyirəm, özüm isə istədiyim vaxt qanunu pozuram. Məsələlərə ikili standartlardan yanaşmaq olmaz”.
S. Cəlaloğlu həmin toplantının formatı ilə də razı olmadıqlarını deyib: “Onlar şərt qoymuşdular ki, yığıncaqda parlamentə buraxılmayan partiyalar iştirak etməlidir. Bu, səhv məntiqdir. Kimsə seçkiyə gedib və deputat olubsa, lakin seçkilərin nəticələrini ümumilikdə qəbul etmirsə, onda biz onu özümüzdən niyə kənarlaşdırmalıyıq? Öz əhatəmizi niyə daraltmalıyıq? Belə çıxır ki, Müsavat Partiyasından 1 nəfər parlamentə buraxılsaydı, həmin partiya bu toplantıda iştirak etməyəcəkdi və ya sənədə imza atmayacaqdı? Mənim təkliflərimə baxmayaraq, sənəddə dəyişiklik edilmədi, format dəyişdirilmədi. İqbal Ağazadənin həmin tədbirdə iştirakı mümkün olmadığından və bu cür format bizi qane etmədiyindən iştirakdan imtina etdik”.
S. Cəlaloğlu sənədin bu cür hazırlanmasını və formatın bu şəkildə qəbul edilməsini müxalifətin birliyinə zərər vurduğunu da bildirib: “O sənədi tərtib edənlər əvvəlcədən səhv müddəa ilə çıxış ediblər. Mənim məntiqli sualıma heç kim cavab vermədi. Ona görə dedim ki, məsələyə bu cür yanaşma həm qanuna ziddir, həm də müxalifətin birliyinin zəifləməsinə, parlamenti qeyri-legitim sayanların əhatə dairəsinin daralmasına xidmət edir”.

596