Kaliforniyada yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov 137 milyon dollarlıq tibbi sığorta fırıldağına görə ABŞ dövləti tərəfindən saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, o, müxtəlif sənədlər, göndərişlər və fakturalar vasitəsilə ABŞ-ın səhiyyə sistemindən külli miqdarda pul mənimsəyib.
Sevindik Hüseynov ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb.