Fransalı senatordan örnək mövqe – MÜSAHİBƏ
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Yerli Hakimiyyətlər Palatasının yeni seçilmiş sədri, Fransanın Luara regionundan seçilmiş senator Jan-Klod Frekonun APA-ya müsahibəsi
- Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 19-cu sessiyasında Konqresin yeni sədri və eləcə də qurumun hər iki palatasına yeni sədrlər seçildi. Siz də Konqresin Yerli Hakimiyyətlər Palatasının sədri seçildiniz. Bu qarşıdakı iki ildə Konqres Cənubi Qafqaz ölkələri üçün hər hansı bir xüsusi proqram həyata keçirməyi nəzərdə tuturmu?
- Biz əsas fəaliyyətimizi elə Konqresin təyin etdiyi ümumi prioritetlər üzərində quracağıq. Bu həftə Konqresin Avropa Şurasındakı 19-cu sessiyasında biz öz prioritetlərimizi və yeni iş mexanizmlərimizi qəbul etdik. Və bundan sonra üzv ölkələrin yerli demokratiya sahəsində Konqresin əsas sənədi olan Yerli Özünüidarəetmə Xartiyasına nə dərəcədə əməl edib etməməklərini üzə çıxarmaq üçün biz apardığımız monitorinq prosesinə daha da çox diqqət ayıracağıq. Xartiyaya əməl etmə prinsiplərini iki sözlə ifadə etsək, burada əsasən yerli səviyyədə demokratiya, yerli idarəetmə orqanlarına daha da çox səlahiyyətlər verilməsinə, onların səriştəsinin artırılması üçün bu orqanlara, o cümlədə də mərkəzi hökumət tərəfindən maliyyənin ayrılması kimi məsələlərə xüsusi diqqət verilir. Bundan başqa əsas diqqət ayıracağımız məsələlərdən biri də əlbəttə ki, demokratik seçkilərin keçirilməsi məsələsidir. Üzv ölkələrdən əsasən də yeni demokratiyalar adlandırdığımız ölkələrdə yerli özünüidarəetmə orqanlar və bələdiyyə seçkilərinin demokratik keçirilməsinə nail olmaq lazımdır. Seçkilərin demokratik keçirilməsi, bu orqanların özlərinin demokratik şəkildə fəaliyyət göstərməsi deməkdir. Bu problemlərin çoxu köhnə demokratiya ənənələri olan ölkələrdə artıq həll edilib. Çünki onlar bu səviyyəyə gəlib çatmaq üçün uzun bir yol keçiblər. Təbii ki, yeni demokratiyalar dərhal bu ölkələrin səviyyəsinə çata bilməzlər, buna vaxt lazımdır. Konqresin Yerli Hakimiyyətlər Palatasının sədri olaraq, şəxsən məni maraqlandıran əsas məsələ hər bir ölkədə bu dediyim sahələrdə müəyyən irəliləyişlərin olmasıdır. Hətta köhnə demokratiyalarda belə problemlər olur və heç bir ölkə demokratiyanın zirvəsinə gəlib çatmayıb. Bütün ölkələr yerli demokratiyanın inkişafı məsələsinə diqqət ayırmalıdırlar və mükəmməlləşməyə can atmalıdırlar.
Ayrıca Azərbaycana gəldikdə, qeyd etməliyəm ki, mən bu ölkədə 7 dəfə olmuşam və sizin ölkənizi kifayət qədər yaxşı tanıyıram. Bizim əsas istəyimiz odur ki, ilkin olaraq seçkilər demokratik keçirilsin. Vətəndaşların bələdiyyə seçkilərində fəal iştirak etməsi üçün həmin bələdiyyə orqanlarının səlahiyyətləri güclü olmalıdır. Təbii ki, səlahiyyətləri olmayan şəxslərin seçilməsinə seçicilərin marağı belə qalmır. Bunun üçün hökumət bələdiyyələrin səlahiyyətlərini artırmalıdır ki, onlar da səriştəli bir orqana çevrilsinlər. O zaman sadə vətəndaşlar da bu seçkilərə həvəslə gedib səs verərlər. Azərbaycanda əsas problem də məhz elə burdadır. Hakimiyyət yalnız mərkəzi hökumətin əlində cəmlənməməlidir, hakimiyyəti paylaşdırmaq lazımdır. Bunun üçün yaxşı olardı ki, Azərbaycanda “Subsidiyalılıq prinsipi haqqında” qanun işlənib hazırlansın. Yəni, mərkəzi hökumət yerli orqanlara maliyyə vəsaiti ayırır və lazımi səlahiyyətlər verir. Bu çox vacib bir məsələdir. Mən bu məsələləri burada Azərbaycan nümayəndə heyəti ilə görüşdə də qaldırıram və 2011-ci ildə yenidən Azərbaycana gedəcəyəm və bu fikirlərimi oradakı həmkarlarımla da bölüşəcəyəm.
- Cənab Frekon, siz Konqresdəki fəaliyyətinizdən əlavə həmçinin Fransadan senatorusunuz. Sizin Senatdakı həmkarlarınızın Ermənistan vasitəsilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər etmələrinə münasibətiniz necədir?
- Düzü, mən bu haqda çox gec bildim. Səfər edilən zaman, səfərdən əvvəl mənim bu haqda heç bir məlumatım yox idi. Səfərdən öncə həmkarlarımın belə bir niyyətindən xəbərim olsaydı, mən də öz fikrimi bildirərdim. Öz adımdan deyə bilərəm ki, mən rəsmən Azərbaycan ərazisi hesab olunan və hal-hazırda da Ermənistan tərəfindən işğal edilmiş bir regiona səfər etməzdim. Bu heç də yaxşı prinsip deyil. Mən şəxsən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirəm. Bu ilk növbədə bu qrupun, həmsədrlərin, diplomatların işidir, bu ,senatorların işi deyil.
- Ancaq razılaşın ki, Fransa Milli Assambleyası və Senatında çoxlu ermənipərəst millət vəkilləri var və onlar da hansısa formada Fransa siyasi elitasına müəyyən təsir göstərə bilirlər. Buna münasibətiniz necədir?
- Bildiyiniz kimi, Fransada çoxlu erməni yaşayır. Onlar Fransada uzun zamandır yaşayırlar, artıq üçüncü, dördüncü nəsli təmsil edirlər. Onlar artıq fransızdırlar, sadəcə erməni köklü fransızdırlar. Ermənilərin də Fransada sayı təbii ki azərbaycanlılardan qat-qat çoxdur. Amma qeyd etməliyəm ki, hansısa bir məsələyə yanaşmada əsas olan say və hansısa çoxluq deyil, əsas qanunun aliliyinə hörmətdir. Məhz elə qanuna hörmətlə yanaşma baxımından, Azərbaycanla Ermənistan arasındakı münaqişənin həll edilməsi üçün hər iki tərəf görüşməli və ümumi bir razılığa gəlməlidirlər. Hər iki ölkənin prezidentləri görüşüb razılığa gəldikdən sonra, qəbul etdikləri qərarı öz xalqlarına çatdırmalıdırlar.

568