Bir səfirin yanlışı
Belə bir deyim var: «Dil səfirə fikrini gizlətmək üçün verilib». Başqa sözlə, dil diplomata yalan danışıb, başqa ölkənin vətəndaşını şərləməkdən ötrü verilməyib.
Ötən gün Tehranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami İranda suçsuz olaraq bir müddət həbsdə saxlanılmış vətəndaşımız Rəşid Əliyevin son günlər verdiyi açıqlamalarına münasibət bildirərkən bunları deyib: «Rəşid Əliyevin işi bizim məhkəmədə hələ bitməyib. Sadəcə olaraq, İran xoş niyyət göstərmək üçün onu azad edib».
Səfir, Rəşid Əliyevi İran və Azərbaycanın düşmənlərinin təsiri altında olmaqda suçlayıb. «Mən fikirləşirəm ki, o, sionistlərin və işğalçı İsrail rejiminin təsiri altına düşüb. Bizdə lazımıi sənədlər var. Ona aid olan məhkəmələrdə bunları təqdim edəcəyik. Ona görə ki bu şəxsin işi bizim məhkəmədə hələ bitməyib. O, zəng edib, pasportunu məndən istəyəndə gileylənib dedim ki, niyə mənim və ədliyyə əməkdaşlarının yanında bir söz, mətbuata isə başqa söz deyirsiniz? O, bildirdi ki, jurnalistlər sözlərini təhrif edib. Mən də cavab verdim ki, əgər belədirsə, təkzib etsin. Hər halda ümid edirəm ki, bu şəxs tezliklə iki ölkənin düşmənlərinin təsiri altından çıxacaq. Əks halda, biz Azərbaycanın aidiyyatı orqanları ilə birlikdə lazımi tədbirlər görəcəyik».
Öncə cənab səfirin diqqətinə çatdırmaq istərdik ki, Rəşid Əliyevin adına verilmiş Azərbaycan Respublikasının pasportunun sonuncu iç səhifəsində yazılıb: «Pasport Azərbaycan Respublikasının mülkiyyətidir». Azərbaycan vətəndaşı azad edildikdən sonra onun bu sənədi dərhal özünə verilməli idi. Başqa sözlə, Azərbaycan Respublikasının pasportunu yiyəsinə verməməklə Tehran hakimiyyəti Azərbaycan Respublikasının mülkiyyət hüququnu tapdayıb. Beynəlxalq hüquqa əsasən buna görə İran İslam Respublikasının uyğun qurumlarına cinayət işi açıla bilər.
İkincisi, Azərbaycan Respublikası heç bir dövlətlə düşmənçilik aparmır. Bu, İranın da himayə etdiyi Ermənistana aid deyil. Millətimizin taleyi elə gətirib ki, ermənilər bizə qonşu düşüb. İşğal etdikləri torpaqlarımızı tərk edəcəyi, eləcə türklərə qarşı iddialarından əl çəkəcəyi təqdirdə Ermənistan da bu siyahıdan çıxa bilər. Ancaq İran hakimiyyətinin özünə düşmən elan etdiyi İsraili cənab səfir yanlış olaraq bizə düşmən kimi sırıyır. Əksinə, bütün azərbaycanlılar, o cümlədən Rəşid Əliyev kimi alimlərimiz də bilmək istəyir ki, özünü islam dünyasının təəssübkeşi kimi aparan İslam Respublikası nə zaman Ermənistanın təsiri altından çıxacaq? Çünki İsraillə Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi bir neçə milyon dollar olduğu halda, Yerevanla Tehranın dostluq və qardaşlığı nəticəsində Ermənistanla İslam Respublikası arasında ticarət dövriyyəsi 500 milyon dollara yaxındır və bunu İran hakimiyyəti 10 milyard dollara çatdırmaq niyyətindədir.
Üçüncüsü, gəmiyə minib gəmiçi ilə dava aparmazlar. İran hakimiyyətinə nə dəxli var, Azərbaycan vətəndaşı kimə və hara işləyir, yaxud kimin təsiri altındadır? Bir də hansı haqla vətəndaşımıza qarşı etimadsızlıq yaratmaqla onu ölkə cəmiyyətinin gözündən salmağa cəhd edir? Bu hərəkəti ilə Tehranın ölkəmizdəki səfiri Rəşid Əliyevini şərəf ləyaqətini tapdayır.
Dördüncüsü, azərbaycanlı alimin İsrailin təsiri altında olması iranlı diplomata haradan bəllidir, yoxsa o da prezidenti Mahmud Əhmədinijatın müşaviri Rəhim Məşai kimi yəhudi dövlətini üzdə tənqid edib, əl altdan onlarla iş birliyindədir? Çünki onun iddia etdiyi materialları yalnız İsrailin xüsusi xidmət orqanları cənab səfirə verə bilər.
Beşincisi, heç kimə sirr deyil ki, ölkəmizdə İslam Respublikasındakı dini dövlət quruluşuna simpatiyası olan vətəndaşlar da var. Cənab Məhəmmədbağır Bəhrami «İran və Azərbaycanın düşmənlərinin təsiri altındadır» və ya «İsrailin təsiri altındadır» deməklə belələrini azərbaycanlı alimə qarşı qaldırmaq, bununla da respublikamızın vətəndaşlarını biri-birinə qarşı qoymaqla qarşıdurma yaratmaq istəyir. Ona görə, Rəşid Əliyevin təhlükəsizliyinə İslam Respublikası da birbaşa məsuliyyət daşıyır.
Və sair…
Bir də atalar deyib: «xain xoflu olar». Bu, yalnız insanlara deyil, hakimiyyətlərə də şamil edilir. Belə rejimlərdən biri də İran İslam Respublikasıdır. Bu ölkədəki hakimiyyət öz vətəndaşlarına inamsızlığı ilə dünyada ad çıxarmış rejimlərdəndir. Bu azmış kimi, İslam Respublikasını idarə edənlər qonşu dövlətlərə münasibətdə də atalar sözündəki kimi davranırlar. Ümumiyyətlə, bu hakimiyyətin Azərbaycan Respublikasına və Azərbaycan türklərinə qarşı psixoloji kompleksi var. Milli, təbii haqqını tələb edən güney azərbaycanlılar bir qayda olaraq, çeşidli böhtanlara məruz qalır. Ölkəmizi isə Azərbaycan türklərinin müstəqil dövlət qurduğuna görə sevmir. Bu baxımdan da onun vətəndaşları İslam Respublikasının şantaj və böhtanlarına məruz qalmaqdadır.
Azərbaycan Respublikasının vətəndaşı Rəşid Əliyevin İranda həbsi və ona qarşı Tehranın ölkəmizdəki səfiri M.Bəhraminin iddiaları İran hakimiyyətinin ədalətsiz, qanunsuz davranışı yuxarıda qeyd etdiklərimizi təsdiqləməkdədir.
Rəşid Əliyev kimdir?
O, 1954-cü il yanvarın 30-da Gürcüstanın Bolnisi rayonu, Faxralı kəndində qulluqçu ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinin bitirib. 35 ildən artıq bu fakültədə işləyib. Baş laborantdan aparıcı mühəndis vəzifəsinə qədər yüksəlib. Hazırda o, BDU-nun nəzdindəki Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasında aparıcı mühəndis vəzifəsindədir. Bundan başqa, Rəşid Əliyev kvant elektronikası və lazer texnikası üzrə yüksək ixtisaslı mütəxəssis kimi tanınır. O, bir çox elmi məqalə, ixtira və səmərələşdirici təkliflərin müəllifidir. Alim fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda da, AMEA Genetik Ehtiyatlar İnstitutunda və bu sayaq elm ocaqlarında mürəkkəb rentgen, lazer və başqa optik qurğuların sazlanmasını, işlək vəziyyət gətirilməsini təmin edib. «Lazer» Elmi-Texniki Mərkəzdə hazırlanmış xüsusi təyinatlı lazer texnikası sınaqlarının təşkilində fəal iştirak edən Rəşid Əliyev BDU-dakı elmi fəaliyyəti ilə yanaşı gəmi təmiri üzrə də əhəmiyyətli işlər görüb.
1992-ci ilin mayında o, elmi fəaliyyətini dayandıraraq, 38 yaşında Azərbaycan ordusunda xidmətə yollanıb və 1999-cu ilədək döyüşdüyü hərbi hissədə rabitə rəisi vəzifəsində çalışıb. O, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitandır.
2007-ci ilin yanvarında Rəşid Əliyev İranın Simnan şəhərindəki «SAZAN Electronics İndustrics» şirkəti tərəfindən müqavilə əsasında işlə təmin olunub. Şirkətin direktoru doktor Abbas İftixari BDU-nun rektoru Abel Məhərrəmova rəsmi müraciət edərək, onun İranda elektronika sahəsində aparılan elmi-tədqiqat işlərinə icazə verməsini istəyib. Alim İranda bir ay işləyəndən sonra Bakıya qayıdıb və vizasının vaxtının uzadaraq, İslam Respublikasına gedib. Bakda olanda şirkət rəhbərliyi ona dəfələrlə zəng edib və işlərinin dayandığını və «Rəşidə ehtiyac duyduqlarını» bildiriblər.
Ona İranda qalıb işləmək təklif olunub. Ancaq Rəşid Əliyev onların bu təkliflərini rədd edib. Sonuncu dəfə Bakıya qayıdandan sonra «maaşının müqavilə şərtlərindən az olduğunu» söyləyərək, bir daha İrana getməyəcəyinin bildirib. Bu narazılıq qarşılığında İran tərəfi ona müəyyən qədər pul göndərib, yenə də təkidlə qısa müddətə İrana dəvət ediblər. Abbas İftixarinin təkidli xahişlərindən sonra o, yenidən İranın Simnan əyalətinə yollanıb. Bu səfərdən sonra onun ailəsi əlaqəsi tamam kəsilmişdi.
Abbas İfttixari haqda
Abbas İftixari Təbrizdə anadan olub. Atası türk, anası isə milliyyətcə ərəbdir. Atası şah dövründə ordu zabiti işləyib. 1979-cu ilin fevral inqilabından sonra həbs olunub və 8 il azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra ata İftixari İran-İraq savaşında iştirak edib. Abbas İftixari 1990-cı illərin əvvəllərində Bakıda yaşayıb, «Samsunq» şirkətində çalışıb. Həmin illərdə Azərbaycan Texniki Universitetində doktorluq işini müdafiə edib. Onun başçılıq etdiyi şirkət avtomobillər üçün elektron avadanlıqları hazırlayır.
Tehran hakimiyyəti azərbaycanlı alimə qarşı bu sayaq davranışı ilə əslində etibarsızlığını təsdiqləyir. İndiki ağır sosial-iqtisadi durumunda İslam Respublikasının rəsmiləri xarici iş adamlarını İrana sərmayə qoymağa çağırır və onlar üçün hər cür şəraitin yaradıldığını bəyan edir. Ancaq Rəşid Əliyevin başına gətirilənlər bir daha sübut edir ki, İran İslam Respublikasına beynəlxalq səviyyədə etimadsızlıq əsassız deyil.
Bir neçə kəlmə də A.İftixarinin başçılıq etdiyi şirkətin fəaliyyətinə münasibət bildirmək istərdik. Heç kimə sirr deyil ki, İran kimi dövlətlərdə belə şirkətlər adi vətəndaşlar aça bilməz. Adından da göründüyü kimi, bu qurum elektron fizikası ilə məşğul olur. Bu baxımdan «Sazan Electronic İndustries»inin İranın hərbi sənaye kompleksinə və ya İnqilab Keşikçilər Qvardiyasına bağlı olduğu istisna edilmir. Ona görə də azərbaycanlı alim Rəşid Əliyevin uzun müddət həbsdə saxlanılmasında böyük ehtimalla A.İftixarinin də özünəməxsus «xidmətləri» olub.
Beləliklə, baş verənlərdən belə bir nəticəyə gəlmək mümkündür: Rəşid Əliyevin biliyi və bacarığı Tehran hakimiyyətinin hərbi qurumlarının marağına səbəb olur. Bunun üçün də Abbas İftixari vasitəsi ilə o, yenidən ölkəyə çağırılıb. Bundan sonrası ilə məlumdur. Çünki Tehran hakimiyyəti pulla ələ ala bildiklərini bu yolla, bu nəticə vermədikdə həbslə, belə üsuldan da sonuc ala bilmədikdə şantaj, işgəncə və s. üsulları işə salır. Ötən 30 ildə İran İslam Respublikasındakı hakimiyyət öz vətəndaşlarını sıxışdırıb, istədiyini qəbul etdirmək üçün məhz bu yollardan yararlanıb . Cənab səfir Məhəmmədbağır Bəhraminin Rəşid Əliyev barəsində söylədikləri də bunu sübuta yetirir…
Sədrəddin Soltan
[email protected]

662