Üçüncü çağırışın son iş günü
Yüzdən bir qədər az deputatın qatıldığı bu iclas əslində parlamentin əvvəlki iclaslarından iş qrafikinə görə fərqlənməsə də iclasöncəsi deputatların parlament aparatının işçiləri ilə görüşüb halallaşması, bir birinə təskinlik vermələri xüsusilə diqqəti cəlb edirdi.
Foye yenə canlanır
İclas başlamazdan əvvəl parlamentin foyesi: parlamentdə iqtidardan və müxalifətdən olan deputatlar görüşür, iki-bir, üç-bir cəmləşib söhbət edirlər. Kimisi siqaret çəkir, kimisi seçkiqabağı təbliğat işlərini həmkarları və jurnalistlərlə qızğın müzakirə edir. Kimisi də seçkiyə qatılmayan həmkarına təskinlik verir, kimisi də telefonunun foto imkanlarından istifadə edərək şəkil çəkdirirdi. Zalın bir tərəfində namizəd Nizami Cəfərov və namizəd olmayan deputat Əkrəm Əylisli ilə ədəbi mövzuda maraqlı diskusiya aparır, Cavid Qurbanov jurnalistləri başı toplayıb deyəsən rəqibinin haqsız bəyanatlarından narazılıq eləyirdi. Binaya daxil olar-olmaz, qapının önünə toplaşan jurnalistlər tərəfindən əhatələnən Fəzail Ağamalı isə ənənəvi qaydada «yenə o nədir yazırsınız», - deyib bəzi müxalifətyönümlü qəzetləri topa tutmağa başladı. Qəzetləri üçün ondan reklam istəyən jurnalistdən isə F.Ağamalı «mənim o qədər pulum hardandır», - deyərək ayrıldı.
Jurnalistlər də yenə əvvəlki kimi aktivdirlər. Hər dəfə büdcə layihəsi müzakirə olunanda parlamentə «öz ayaqları ilə gəlmiş» dövlət qurumlarının rəhbərlərini yaxalayıb xəbərlər əldə edən jurnalistlərinin ilk dəfə olaraq bu birinci xəbər mənbələrinə əhəmiyyət vermədiyini görürük. Hamının başı namizəd millət vəkillərindən reklam almağa, reklam sövdələşməsi etməyə qarışıb.
Namizədliyini yenidən irəli sürməmiş deputatların da son dəfə Milli Məclisin iclasına qatılmalarına baxmayaraq yalnız onlardan Aydın Həsənov, Məjlum Şükürov və Nizami Xudiyev nikbin əhval-ruhiyyədədir. Artıq son dəfə parlamentə gələn bu deputatlar yaxalarında gəzdirdikləri Milli Məclisin döş nişanını da çıxarmışdılar.
Yenə bu zal olaydı....
Foyedəki vəziyyət, halallaşıb sağollaşmalar parlamentin iclas zalında da davam etdi. Zarafatlar da təbii ki öz yerində. İclas başlamamış vaxtdan səmərəli istifadə edən deputatlar namizədliyini təkrar irəli sürməyən həmkarlarına cansağlığı və özlərini başqa sahədə sınamaq arzulayır, bəzilərinə «inşallah bir vəzifəyə təyin edərlər. İşsiz qoymazlar», - deyə təskinlik verirdilər. Zaldan hansısa deputat həmkarı Pənah Hüseynə atmaca da atır: «Pənah, sən seçilməsən məclisin dadı-duzu olmayacaq».
Parlamentin son iclası spiker Oqtay Əsədovun qısa çıxış ilə başlayır və gündəlik təsdiqlənir. Bəlli olur ki, üçüncü çağırışın deputatları bu sonuncu iclasda – nahara qədər 1 saat 10 dəqiqə ərzində dövlət büdcəsi və büdcə zərfinə daxil olan bir sıra qanun layihələri daxil olmaqla 23 qanun layihəsini təsdiqləməlidirlər. Yerdən xəbərdarlıq olunur: müzakirələr əvvəlki iclaslarda olub. Seçkiöncəsidir, vaxt azdır.
Maliyyə naziri çıxışını başa vurur, büdcə təsdiqlənir. Amma xatırlatmalara, vaxtın azlığına və seçkiöncəsi işlərinin çoxluğuna baxmayaraq bir neçə deputat söz deməyə israr edərək çıxışa yazılır. Azərbaycanın xaricdə səfirliklərinin açılması ilə bağlı qanun layihəsi təqdimatında çıxışa yazılan parlamentin yəhudi əsilli deputatı Yevda Abramov İsraildə yaşayan azərbaycanlıların buradakı yaxınlarının xeyir-şər mərasimlərinə gələrkən viza almasında çətinliklərin yarandığını, xüsusilə də bu probolemin Türkiyə və İsrail arasında münasibətlər pisləşəndən sonra meydana çıxdığını deyir. Y. Abramovdan sonra çıxışa yazılan P.Hüseyn isə son günlər Azərbaycana gələn xarici vətəndaşlara viza verilməsi ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliyin Azərbaycanla yaxşı münasibəti olan dövlətlərə aid edilməməsi təklifini irəli sürür.
Əvvəlki iclaslarda olduğu kimi son iclasda da mübahisəsiz ötüşmür. Çıxışı zamanı mikrofonunun vitse-spiker Ziyafət Əsgərov tərəfindən söndürülməsinə etiraz edən P. Hüseyn bu dəfə ayayğa qalxıb, sözünü elə ayaq üstündə başa vurdu. Ardınca, yerinə əyləşməyən P.Hüseyn jurnalistlərin iclası izlədiyi lojaya qalxaraq çıxışını burada müsahibə şəklində davam etdirdi.
Üçüncü çağırış parlamentin son iclasınının son və yaddaqalan çıxışçısı isə deputat Aydın Həsənov oldu. Parlamentin ötən dövrdə fəaliyyətini 4 dəqiqə 47 saniyə ərzində alqışlayan və təqdir edən A.Həsənov özü qarışıq namizədliyini verən və verməyən deputatlara uğurlar arzuladı. Deputatın çıxışı bütün millət vəkillərinin alqışları ilə sona çatdı.
Əlvida, parlament...
İclas başa çatsa da deputatlar parlamentin iclas zalını tərk etmək istəməməsi jurnalistlərin diqqətindən yayınmadı. Adətən iclasları yarımçıq qoyub zalı tərk edən, iclaslara qatılmayan bir çox deputatlar belə çıxış qapısının qarşısına toplaşıb elə bir zaldan çıxıb-çıxmamaq barədə tərəddüd edirdilər. Deputat Ziyad Səmədzadənin irəli düşüb zalı tərk etməsi deputatların da yolunu açdı.
Zalı tərk edən deputatlar bir birlərinə uğur və nailiyyətlər arzulamağı foyedə yenidən başladı. Namizədliyini irəli sürməyən həmkarı Gültəkin Hacıbəyliyə elmi fəaliyyətində uğurlar arzulayan deputat Elmira Axundova onu hətta növbəti seçkilərdə iştiraka çağırdı: «Gün o gün olsun ki doktoranturanı bitirəsən. Gələn seçkilərə qatılıb namizədliyini verərsən və inşallah seçilərsən». G.Hacıbəyliyə təskinlik verənlərə müsavatçı deputat İkram İsrafil də qoşulur. Hətta xatirə olsun deyə İ. İsrafil G.Hacıbəyli ilə bir telefon fotosu da çəkdirdi.
Eyni dairədən parlamentə namizədliklərini irəli sürmüş, seçki rəqibi Asim Mollazadə və Pənah Hüseyni isə söhbətdən fotolarını çəkməyimiz ayırır. Deputat rəqiblər şirin söhbət məqamında fotoaparatımızın obyektivinə yaxalanır. «Rəqibinizlə hansı məsələni müzakirə edirdiniz?» sualına isə A.Mollazadənin cavabı «biz seçkilərdə rəqib olsaq da yaxşı münasibətlərimiz var. Düşmən deyilik» oldu.
Deputat A.Həsənov digər namizəd olmayan həmkarlarından fərqli olaraq foyedədə özünü şən aparır, zarafatlarından qalmır hətta jurnalistlərə və deputat həmkarlarına söz atır. APA-nın əməkdaşının «parlamentdən ötrü darıxmayacaqsınız?», sualına deputat «beş il bəsimdir. Mən çox vəzifə görmüşəm. Millət vəkili də oldum. Qoy yenilər gəlsin»,- deməklə cavablandırır.
Seçkilərə qatılmayan YAP-çı millət vəkili Nizami Xudiyevin isə cavabı daha lakonik oldu: «on beş ildir deputatam. Bəsimdir».
Parlamentin binasını iti addımlarla tərk edən Milli Məclisin ən yaşlı deputatlarından olan Miri Qənbərov isə parlamentin gəncləşməsini istədiyini deyir:«Qoy yeniləri gəlib çalışsınlar. Ta bizim işimiz bitdi. Növbə yeni simalarındır».
Rəşad

1219