AŞPA-nın müşahidə missiyası mətbuat konfransı keçirdi
APA-nın məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının rəhbəri Pol Ville uzunmüddətli müşahidə missiyasının səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında söyləyib. O, seçici siyahıları ilə bağlı durumu müsbət dəyərləndirib, müxalifətin seçki prosesində iştirakını qeyd edib: “Azərbaycanda müxalifətin seçki prosesində aktiv iştirakını görmək bizi sevindirir. Biz seçki bloklarının yaradılmasının şahidi oluruq. Qeyri-hökumət təşkilatlarının da seçkiqabağı prosesdə rolu artmaqdadır”.
P. Ville qeyd edib ki, seçki kampaniyasında mübarizə ruhunun, ideyalar mübarizəsinin olmaması missiyada təəssüf doğurub: “Biz siyasi debatların xüsusi olaraq aktiv şəkildə keçdiyini hiss etmədik. Seçici hansı namizədə səs verəcəyi barədə qərar qəbul etməlidir və bu qərarı ictimai debatlar keçirildikdən sonra vermək mümkündür. Buna görə də biz daha aktiv debatların keçirilməsini alqışlayardıq”.
P. Ville Azərbaycana gəlmək üçün viza almaq qaydalarının dəyişdirilməsi məsələsinə də toxunub: “Viza rejiminin sərtləşdirilməsi ilə əlaqədar ölkəyə daxil olmaq problemi yaranıb. Biz müşahidəçilərin seçkilər günü problemlə üzləşməməsi və sərbəst monitorinq keçirməsi üçün hökumətdən bu problemi aradan qaldırmağı xahiş etmişik”.
AŞPA missiyasının rəhbəri müxalifət partiyaları ilə görüş keçirmədən hazırlanacaq hesabatın nə qədər obyektiv olacağı bağlı sualı da cavablandırıb. Xatırladaq ki, müxalifət partiyaları AŞPA-nın seçkilərin nəticələrini obyektiv dəyərləndirmədiyini iddia edərək missiya ilə görüşməkdən imtina ediblər. Pol Ville bildirib ki, missiya ilə görüşüb-görüşməmək müxalifətin öz hüququdur: “Birincisi, seçkilərin nəticələrinə dair yekun rəy birlikdə verilib, bu təkcə AŞPA-nın hazırladığı rəy deyil. İkincisi, biz istəmirik ki, hansısa partiya - istər hakim partiya olsun, istər müxalifət partiyası olsun - bizə təzyiq göstərməsin. Biz seçkilərin subyekti olmaq istəmirik, biz yalnız müşahidəçiyik. Seçkilərə kimin düzgün qiymət verib-vermədiyini qiymətləndirməkdənsə öz seçicilərinə daha çox xeyir vermək üçün seçkiqabağı proqram üzərində işləmək düzgün olardı”.
Müşahidəçilər həmçinin qeyd ediblər ki, səsvermə günü qısamüddətli missiyanın üzvləri təkcə Bakıda deyil, bölgələrdə də seçkilərin gedişini müşahidə edəcəklər.
Xatırladaq ki, AŞPA-nın uzunmüddətli müşahidə missiyasının ölkəmizə üçgünlük səfəri bu gün başa çatır. Səfərin məqsədi ölkədə seçkiqabağı situasiyanı dəyərləndirməkdir. Seçkilər günü missiyanın 30 üzvü səsvermənin gedişi ilə bağlı monitorinq keçirəcəklər.

Oxşar yazılar

İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi - YENİLƏNİB
26 aprel 2025 , 13:09
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını RƏDD ETDİ
26 aprel 2025 , 11:04
Zərərçəkmiş şəxs: Ermənistan ordusu insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ
25 aprel 2025 , 20:57
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
25 aprel 2025 , 17:39
Konstitusiya hüququnun CANLI ƏFSANƏLƏRi: 8 KORiFEY konstitusionalist
25 aprel 2025 , 17:12
Qəzetçi həmkarlarıma səslənirəm, qəzetləri yaşatmağın yolunu tapsınlar - Bahəddin Həzi
25 aprel 2025 , 16:58
“Gürcü arzusu”nun lideri siyasətdən getdi
25 aprel 2025 , 15:51