“Azərbaycan və Ermənistanın səyi fikir ayrılığını aradan qaldırmaq yetərli olmayıb”
ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin XİN rəhbərləri Almatı görüşü ilə bağlı birgə bəyanatla çıxış ediblər
ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici siyasət idarələrinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün nəticələrinə dair birgə bəyanatla çıxış ediblər. APA-nın Almatıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bəyanatda bildirilir ki, həmsədr ölkələr 2009-cu il dekabrın 1-də Afinada verilən bəyanata sadiq qaldıqlarını bəyan edir və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırırlar: “Münaqişə tərəfləri münaqişənin sülh yolu ilə həllinə nail olmalı və nizamlanma prosesi Helsinki Yekun aktına, o cümlədən gün tətbiq etməmək, dövlətlərin ərazi bütövlüyü, tərəflərin bərabər hüquqluğu və millətlərin öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır”. Bəyanat müəllifləri xatırladıb ki, 2009-cu il iyulun 10-da Akvilldə, 2010-cu il iyunun 26-da Kanadada ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin rəhbərləri Dmitri Medvedyev, Barak Obama və Nikola Sarkozi birgə bəyanatla çıxış edərək qeyd ediblər ki, tərəflər Helsinki Yekun Aktına və qeyd olunan prinsiplər əsasında münaqişənin ədalətli və uzunmüddətli həllinə nail olmalıdır.
Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Staynberq Rusiya prezidenti Dmitri Medvedyevin və xarici işlər naziri Sergey Lavrovun tərəflərin mövqeyini yaxınlaşdırmağa yönəlmiş səylərini yüksək qiymətləndiriblər. Bəyanatda qeyd olunur ki, “münaqişə tərəflərinin səyləri fikir ayrılıqlarının aradan qaldırmaq üçün kifayət qədər yetərli olmayıb”.
Bəyanatda iyunun 19-20-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən və hər iki tərəfin itki verməsi ilə nəticələnən silahlı insidentə də münasibət bildirilib. XİN başçıları münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə çağırıb və bildirib ki, bu kimi hallar sülh prosesinə zərər vura bilər. Bəyanat müəllifləri baza prinsiplərini razılaşdırmaq və danışıqlar prosesini davam etdirmək üçün tərəfləri kompromis ruhunda köklənməyə çağırıblar.

500