Mehdi Səfəri: “Xəzərin bölünməsi ilə bağlı fikir ayrılıqları var” -
İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, İran xarici işlər nazirinin müavini Mehdi Səfərinin APA-ya müsahibəsi
- Hazırda Xəzər dənizində təhlükəsizlik məsələləri İranı qane edirmi? İranın bununla bağlı hər hansı təklifi varmı?
- 2007-ci ilin oktyabr ayında sahilyanı ölkələrin prezidentlərinin görüşündə qəbul olunan qərarlardan biri də Xəzərin təhlükəsizliyi barədə Konvensiyanın hazırlanması məsələsi idi. Həmin Konvensiyanın Bakıda keçiriləcək növbəti iclasda imzalanması nəzərdə tutulurdu. İclas 2008-ci ildə Azərbaycanda prezident seçkiləri, sonra isə İranda və digər Xəzəryanı ölkələrdə seçkilərin keçirilməsi səbəbindən təxirə salındı. Azərbaycan tərəfi Konvensiyanın imzalanması üçün bir proqram layihəsi hazırlamalı idi. Azərbaycan bu proqramı hazırlayıb təqdim etdikdən sonra bir çox çalışmalar nəticəsində sentyabr ayında iclas baş tutdu. Bu konvensiyaya gömrük, Xəzərdə idarə üsulunun quruluşu, narkotik qaçaqmalçılığı ilə mübarizə, İnsan alveri ilə mübarizə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər bəndlər daxildir. Bu sənəd sahilyanı ölkələr üçün çox faydalı ola bilər. Xüsusilə əgər Konvensiyaya əməli olunarsa, bu, İran üçün də çox faydalı olacaq. Bu Konvensiyaya Xəzərin ekoloji cəhətdən təmizliyinin təmin olunması da daxildir. Xəzər ekoloji cəhətdən təmiz olmalıdır. Biz onu qorumalıyıq və xalqlarımızın bu sərvətdən faydalanmasına sağlam şərait yaratmalıyıq. Xəzər eyni zamanda regionda əmin-amanlıq və firavanlıq simvoluna çevrilməlidir ki, bu da hamımızın xeyrinədir.
- İran Xəzər dənizinin hüquqi statusunu necə dəyərləndirir?
- Nəzərinizə çatdırım ki, İran ilə Sovet ittifaqı arasında Xəzərin statusuna dair 1921 və 1940-cı illərdə iki müqavilə imzalanıb. SSRİ dağıldıqdan sonra Xəzər sahillərində yaranan yeni müstəqil ölkələr Xəzərin hüquqi statusu ilə əlaqədar təzə, mükəmməl və yeni şərtlərin yer aldığı bir müqavilənin olması zəruriliyini irəli sürdülər. Buna görə də 1996-cı ildə 5 Xəzəryanı ölkənin xarici işlər nazirlərinin Aşqabadda ilk iclası keçirildi. Bu iclasda xarici işlər nazirləri müavinləri səviyyəsində Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işləmək qərara alındı.
Bu hüquqi status bir çox məsələləri nəzərdə tutur. Xəzəryanı ölkələrin hərbi məsələləri, gəmiçilik, neft-qaz, liman, balıqçılıq, gömrük və digər bu kimi məsələlər bu statusla tənzimlənəcək. Bu, çox mürəkkəb bir prosesdir və prosesin gerçəkləşməsi üçün xeyli vaxt tələb olunur. Prosesin mürəkkəbliyinə baxmayaraq sahilyanı ölkələr problemləri birlikdə həll etməyə üstünlük verirlər. İndiyə qədər 38-39 toplantı keçirilib və bütün ölkələr bu toplantılarda Xəzərin hüquqi statusunun həllində fəallıq göstəriblər. Bu onu göstərir ki hamı məsələlərin həllinə çalışır və bu toplantılar boş yerə təşkil olunmayıb. Artıq bəzi nəticələr əldə olunub. Amma Xəzərin bölünməsi və hüquqi statusu ilə bağlı müəyyən fikir ayrılıqları var. Bununla bağlı bir çox təkliflər mövcuddur. Təbii ki biz heç bütün tərəflərin mövqelərinə hörmətlə yanaşırıq və ədalət tərəfdarıyıq. Biz də öz təkliflərimizi vermişik. Əgər bir fikir ortaya qoyulursa, gərək hamı bu fikirlər razılaşsın, 2-3 ölkənin eyni mövqedən çıxış etməsi problemin həlli üçün kifayət etmir. Ümid edirik ki bir gün bu məsələ öz həllini tapacaq və Xəzərin hüquqi statusu müəyyənləşəcək. Bu yöndə nəticə əldə etmək üçün hamı çalışmalıdır. Prosesin nə vaxt başa çatacağını deyə bilmərəm. Bu 6 ay da çəkə bilər, 2 il də. Xəzərin hüquqi statusuna dair xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən növbəti iclas aprelin sonlarında Tehranda baş tutacaq.

561