İsa Qəmbər: “Xarici ölkələrə işləyən casusların portretlərini çəkdim” - MÜSAHİBƏ
“Digərlərindən fərqli olaraq, sədrlikdən gedib partiyanın lideri olmaq iddiasında deyiləm”
Müsavat Partiyasının başqanı İsa Qəmbərin APA-ya müsahibəsi:
- Partiya Məclisinin iclasında parlament seçkilərinə hazırlıqla bağlı çıxış etdiniz və hazırda partiyada namizədlərin müəyyənləşməsi prosesi gedir. Nə qədər namizəd irəli sürmək fikrindəsiniz və neçə yerə iddialısınız?
- Seçkilərə hazırlıqda namizədlərin müəyyənləşməsi işin çox önəmli bir hissəsi olsa da, sadəcə bir hissəsidir. Biz məsələyə kompleks yanaşırıq. Hələ ötən ildən qəbul edilmiş fəaliyyət planımız var və hazırda sadəcə olaraq seçkidə iştirak proqramımızın detallarının dəqiqləşdirilməsi, təkmilləşdirilməsi prosesi gedir. Bu böyük, kompleks bir hədəfdir və bizim burada ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ideyalarımız var. Bunlar həm cəmiyyətə çatdırılıb, həm parlamentdə səsləndirilib, həm də konkret qanun layihələri halına salınaraq parlamentə təqdim olunub. Burada ölkədə normal seçki mühiti yaratmaq istiqaməti, azadlıqların, söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının bərqərar olunması məsələləri var. Bu istiqamətdə iş gedir və gedəcək. Seçkilərdə partiyamızın iştirakının formaları, müttəfiqlik edəcəyimiz qüvvələrin müəyyənləşdirilməsi işləri gedir. Məclisin iclasında demişdim ki, bizim ideyamız, digər qüvvələrə təklifimiz real müxalifətin əməkdaşlığı və hər bir seçki dairəsində müxalifətin güclü namizədlərinin irəli sürülməsidir. Hesab edirəm ki, güclü namizədlərin irəli sürülməsi ideyası ətrafında real müxalifətin əməkdaşlıq formatının tapılması daha rahat və asandır.
- Müsavat Partiyası seçki komissiyalarına öz nümayəndələrini göndərməkdən imtina edib. Siz komissiyalara nümayəndə göndərmək üçün hakimiyyətin müxtəlif vəzifələr təklif etdiyini bildirmisiniz. Bu hansı vəzifələrdir?
- Bunlar əsasən 2006-cı ildə olan məsələlərdir. O zaman parlament rəhbərliyi tərəfindən komissiyalarda bizə ayrılmış yerləri, vəzifələri tutmaq təklif edilmişdi. Biz də əks təkliflərimizi vermişdik ki, komissiyalar yenidən qurulmalıdır. Yalnız o halda müsavatçılar seçki komissiyalarında iştirak edəcəklər. Çünki komissiyaların tam şəkildə hakimiyyətin nəzarətində olduğu bir şəraitdə, bütün komissiyalara YAP-çıların sədrlik etdiyi bir şəraitdə bir neçə müsavatçının komissiyalarda iştirakı komissiyaların normal, ədalətli işləməsini təyin etmək üçün yetərli deyil. Təəssüf ki, bizim təkliflərimizi qəbul etmədi, ona görə də biz komissiyalarda iştirakdan imtina etdik. Ondan sonra isə hər hansı rəsmi fikir mübadiləsi aparılmayıb.
- Bu il seçki komissiyalarına nümayəndə göndərmək məsələsinə yenidən baxıla bilərmi?
- Əgər bizim təklifimiz qəbul edilsə, bu təklif ətrafında müzakirələr olarsa, təbi ki, biz buna baxa bilərik. Amma paritet yaradılmayacaqsa, müxalifətin formal deyil, real olaraq seçki komissiyalarının işində iştirakına şərait yaradılmayacaqsa, bizim seçki komissiyalarında iştirakımızın bir anlamı qalmır. Beynəlxalq təşkilatlar da bizim bu ideya ilə razıdırlar və onlar mövqeyini bu şəkildə ifadə edirlər ki, seçki komissiyaları elə formada yenidən təşkil olunmalıdır ki, seçkidə iştirak edən əsas tərəflər bu komissiyalara etimad göstərsinlər. Əgər komissiyalarda bərabərlik yoxdursa, biz bu komissiyaların işinə necə etimad göstərə bilərik? Bütün seçkilərdə komissiyaların saxtakarlıq alətinə çevrilməsi bizim haqlı olduğumuzu göstərir.
- Bu məsələdə beynəlxalq təşkilatlar nə qədər prinsipialdır?
- Beynəlxalq təşkilatlar zaman-zaman bu barədə öz fikirlərini ifadə edirlər. Amma onlar hesab edirlər ki, Azərbaycan hakimiyyəti könüllü surətdə Avropa Şurasına, ATƏT-ə və digər beynəlxalq təşkilatlara üzv olub, həmin təşkilatların əsasnamələrini qəbul edib və müəyyən öhdəliklər götürüb. Beynəlxalq təşkilatlar bu öhdəliklərin yerinə yetirilməsini gözləyir.
- Fəaliyyət proqramında əsas məsələlərdən birinin müxalifətin birliyi olduğunu qeyd etdiniz. Əməkdaşlıq edəcəyiniz təşkilatların çərçivəsi cızılıbmı?
- Biz real müxalifətin birliyini, əməkdaşlığını məqsədəuyğun hesab edirik. Bunu həm açıq şəkildə səsləndirmişik, həm də hansı təşkilatlarla əməkdaşlığı məqsədəuyğun hesab ediriksə, təkliflərimizi onların diqqətinə çatdırmışıq.
- Nəyə görə yalnız AXCP ilə əməkdaşlığı mümkün hesab edirsiniz?
- Hesab edirəm ki, bu mövzu mətbuatda deyil, təşkilatlar arasında müzakirə olunmalıdır.
- Demokratiya Uğrunda İttifaq mətbuatda müzakirə aparmadan əməkdaşlıqla bağlı müraciət etdi, amma bir nəticə olmadı...
- Təklif edilib, o təklif nəzərdən keçirilir, təklifi dəyərləndirməmiz başa çatdıqdan sonra cavab veriləcək.
- Onların təklifi sadəcə bir neçə partiyanın birgə toplantı keçirməsi ilə bağlıdır. Toplantına iştirak edib-etməməklə bağlı qərar vermək bu qədərmi çətindir?
- Müzakirə davam edir. Söhbət yalnız Müsavatla Klassik Xalq Cəbhəsi arasındakı məsləhətləşmədən getmir. Onların təklifi daha geniş heyəti nəzərdə tutur. Cavab haqqı da təkcə bizdə deyil, başqa təşkilatlar da təklifə münasibət bildirməlidir. Müzakirələr yekunlaşanda, bu məsələyə aydınlıq gələcək.
- Bu təklifə sizin münasibətiniz necədir?
- Mən həmişə məsləhətləşmənin tərəfdarıyam. Amma gözləyək görək digər tərəflər hansı mövqelərdən çıxış edəcəklər, sonra bu söhbətə qayıdacağıq.
- 2005-ci ildə olduğu kimi, müxalifətin vahid seçki blokunun yaradılması mümkündürmü?
- 2005-ci ildə 3 siyasi partiyanın - Müsavat, AXCP və ADP-nin bloku yaradıldı. Amma başqa bloklar da var idi. O zaman da bütün müxalifət spektri bir blokda cəmlənməmişdi. O zaman da müxalifətin tam birliyinin baş tutmadığı qeyd olunurdu. Azərbaycanda özünü müxalifət adlandıran onlarla siyasi təşkilat var, hamıya da aydındır ki, bütün bu təşkilatların bir blokda birləşməsi real deyil. Ona görə hər bir təşkilat əməkdaşlığı nə cür görürsə, o istiqamətdə təkliflər səsləndirir. Biz də məhz real müxalifətin əməkdaşlığını irəli sürmüşük və hesab edirik ki, real müxalifətin əməkdaşlığı formatında bəzi digər partiyaların güclü namizədlərinin maraqlarını nəzərə almaq da mümkündür. Yəni bilavasitə müxalifətin blokunda təmsil olunmayan partiyaların güclü namizədləri, heç bir partiyanın üzvü olmayan ictimai xadimlər, mütəxəssislər müdafiə oluna bilər. Hesab edirik ki, bu daha real formatdır.
- Bəs bu istiqamətdə danışıqlar niyə başlamır?
- Proses gedir. Sadəcə, biz bu məsələlərin detallarının mətbuatda müzakirəsinin tərəfdarı deyilik. Bu işçi prosesin detallarının mətbuatda müzakirə olunması bəzən faydadan çox problem yaradır.
- Nə üçün? Əgər qərar verilibsə, prinsipial məsələdirsə və siyasi iradə varsa, mətbuat bu qərara hansı mənfi təsir göstərə bilər?
- Məsələ brasındadır ki, hələ qərar verilməyib. Qərar veriləndən sonra bəyan ediləcək ki, hansı formatda seçkilərdə iştirak edəcəyik. Qərar qəbul olunmayana kimi ayrı-ayrı mövqelərin mətbuatda müzakirəsi yersiz ziddiyyətlər yaradır. Bu da hədəfə çatmağı çətinləşdirir.
- 2005-ci ildə ADP də sizinlə bir yerdə idi. Amma bu dəfə əməkdaşlıq edə biləcəyiniz partiyalar sırasında bu partiyanın adı çəkilmir...
- Bizim ADP ilə hər hansı problemimiz yoxdur. Sadəcə olaraq əməkdaşlıqda müxtəlif partiyaların müxtəlif yanaşmaları var. Bu yanaşmaların ortaq nəticəsi əldə olunmayıb.
- AXCP rəhbərliyi belə bir mövqe tutub ki, onlar hər hansı koalisiyada yalnız “Azadlıq” bloku olaraq iştirak edəcəklər. Bu mövqeni necə qiymətləndirirsiniz?
- Hər şey müzakirə olunur. Yekun əldə olunanda bu məsələlər açıqlanacaq.
- Millət vəkili Pənah Hüseyn hesab edir ki, müxalifətin birliyi ilə bağlı məsuliyyət İsa Qəmbərin üzərindədir. Siz necə düşünürsünüz?
- Pənah Hüseyn bildirir ki, müxalifətin lideri kimi ən böyük məsuliyyət mənim üzərimdədir. Yəni bu Pənah bəyin yanaşmasıdır, o hesab edir ki, müxalifətin lideri İsa Qəmbərdir və mən məsuliyyət daşımalıyam. Amma əvvəla bu yanaşma ümumi bir mövqe halına gəldikdə məndən məsuliyyət tələb oluna bilər. İkincisi də, kimdənsə məsuliyyət tələb olunursa, onun müəyyən səlahiyyətləri də olmalıdır ki, hədəfə çatmaq üçün addımlar atıla bilsin. Müxalifətin birliyi məsələsində ən böyük məsuliyyət mənim üzərimə qoyulursa, o zaman mənim təkliflərimə də diqqət edilməlidir. Real müxalifətin bir araya gəlməsi ideyasına və məhz hər bir dairədən güclü namizəd irəli sürmək məsələlərində razılıq verilərsə, o zaman biz də bunu gerçəkləşdirmək işində daha sürətlə irəliləyə bilərik.
- Belə təkliflər var ki, müxalifət liderləri namizəd olacağı dairələrdən digər partiyalar namizəd irəli sürməsinlər. Sizin belə bir niyyətiniz varmı?
- Biz bu məsələyə belə yanaşmırıq ki, partiya sədridirsə, onun dairəsində başqa heç bir müxalifətçi namizədliyini verməsin. Bizim yanaşmamız qeyd etdiyim kimi güclü namizəd yanaşmasıdır. Dairədə həmin müxalifətçi ciddi seçki kampaniyası aparmağa qadirdirsə, onun qələbə qazanması ehtimalı kifayət qədər yüksəkdirsə, o zaman təbii ki, başqa müxalifətçilər həmin namizədin olduğu dairədən namizədliklərini verməməyə çalışmalıdırlar. Bu, hər hansı bir partiyanın lideri də, sıravi üzvü də ola bilər.
- Bəzi partiyaların xarici ölkələrin xüsusi xidmət orqanlarına işləməsi ilə bağlı fikirlərinizlə bağlı Sizə yönələn ümumi irad ondan ibarət oldu ki, ad çəkmirsiniz. Nə üçün ad çəkmirsiniz?
- Təbii ki, mən bu iradları qəbul etmirəm. Çünki mən müəyyən çərçivələri müəyyənləşdirdim, bildirdim ki, hansı çərçivələrdən söhbət gedir. Müəyyən portretlər çəkdim, bəzi siyasətçilər də öz portretlərini tanıyıb, onları məsləhət bildikləri çərçivələrə yerləşdirdilər. Bu onların problemidir. Yenə təkrar edirəm ki, əgər mənim açıqlamalarımdan sonra psevdomüxalifətin real müxalifətlə bir yerdə seçkilərə qatılmaq imkanı aradan qalxıbsa, yaxud bu, problemli məsələyə çevrilibsə, bu özü çox müsbət haldır.
- Bu agentlər nə iş görürlər?
- Onlar işlədikləri mərkəzlərə Azərbaycanda ictimai-siyasi prosesdə nail olmaq istədikləri hədəflərə çatmaqda kömək edirlər.
- Hazırda 4-5 partiyanı çıxmaqla, digər partiyaların elə bir potensialı yoxdur. Onlar hansı işi görə bilərlər ki?
- Hərəsi öz gücünə, öz potensialına, onlara ayrılmış resurslara uyğun şəkildə o mərkəzlərə xidmət edirlər. Onların potensialı nə qədər az olsa, əslində o qədər yaxşıdır. Mənim açıqlamalarım onların imkanlarının daha da məhdudlaşmasına gətirib çıxaracaq.
- Amma Sizə qarşı da dəfələrlə belə ittihamlar səslənib, İranın xüsusi xidmət orqanlarına xidmət etdiyiniz bildirilib...
- 20-25 illik siyasi fəaliyyətim dövründə mənə qarşı kifayət qədər çoxsaylı yalan, böhtan söylənilib. O yalanları təkrarlamaqla, bir araya yığmaqla bunlar həqiqətə çevrilmir.
- Lalə Şövkət Sizi müxalifətin birliyinə ciddi zərbə vurmaqda, bolşevik üsullarından istifadə etməkdə ittiham edib. Bu ittihamlara münasibətiniz necədir?
- Müsavat Partiyası 100 ildir, millətə xidmət edir, bolşevizmə qarşı mübarizə aparır. Mənim mövqeyim real müxalifətlə oyuncaq müxalifətin birliyinin qarşısını alıbsa, bu özü də bolşevizmə qarşı mübarizə və millətə xidmətdir.
- Nəzərdə tutduğunuz agent partiyalar arasında vaxtilə Sizinlə bir yerdə olmuş qüvvələr də varmı? Onlar Sizi də öz xətlərinə yaxınlaşdırmağa çalışıblarmı?
- Müxtəlif mərhələlərdə, müxtəlif formatlarda təbii ki, olanlar olub. Agent heç vaxt öz missiyasını açıqlamır, açıq şəkildə demir ki, hansı mərkəzə xidmət edir. Sadəcə, həmin mərkəzlərdən aldıqları təlimatlar istiqamətində ümumi xəttimizi zəiflətməyə, hədəfə doğru yoldan sapdırmağa çalışırlar.
- Proporsional seçki sisteminin bərpası ilə bağlı hansı addımlar nəzərdə tutulur?
- Biz bu istiqamətdə tədbirlərimizi davam etdirəcəyik. Amma hakimiyyət buna hazır deyil.
- Bu il başqanlıq müddətiniz bitir, belə fikirlər və partiya daxilində belə narahatlıqlar var ki, İsa Qəmbər bu postdan gedəndən sonra Müsavat da AMİP, ALP kimi zəifləyəcək...
- Bunlar fərqli situasiyalardır. Müsavat bir şəxsin ətrafında yaranmış partiya deyil. Bu, ideya ətrafında yaranmış və yüz illik tarixi olan partiyadır. İkincisi, digərlərindən fərqli olaraq, sədrlikdən gedib partiyanın lideri olmaq iddiasında deyiləm. Partiyanın strukturlarına imkan veriləcək ki, Nizamnaməyə uyğun şəkildə yeni başqan seçilsin və yeni başqan Nizamnamə səlahiyyətlərinə əsaslanaraq partiyanın işinə rəhbərlik etsin. Ona görə də parlament seçkilərindən sonra bu məsələ ölkədə diqqət mərkəzində olan bir məsələdir. Amma mən hesab edirəm ki, biz Müsavat olaraq demokratiyanın daha bir nümunəsini cəmiyyətə təqdim edəcəyik.
- Bu nəticənin müsbət olmayacağından ehtiyat etmirsinizmi?
- Müsavat Partiyasının Azərbaycana gətirdiyi bütün demokratik nümunələr müsbət nəticə verib və inanıram ki, bu da müsbət nəticə verəcək.
- Siz partiyada hansı statusla təmsil olunacaqsınız?
- Mən partiyanın sıravi üzvü kimi fəaliyyətimi davam etdirəcəyəm. Partiyanın rəhbər strukturlarında təmsil olunmaq fikrində deyiləm. Hesab edirəm ki, sıravi üzv kimi də Müsavatda fəaliyyət göstərmək böyük şərəf və böyük məsuliyyətdir.
- Yəni siz otağınızı da yeni başqana təhvil verib gedəcəksiniz?
- Dedim axı, bəzilərindən fərqli olaraq, partiya sədrliyindən gedib, partiya liderliyində qalmaq iddiasında deyiləm.
- Prinsipial məsələlərdə partiyanın işinə hansı şəkildə müdaxilə edəcəksiniz?
- Sıravi üzv partiyanın siyasətinə nə qədər təsir edə bilərsə, mən də ola bilsin ki, fikrimi deyəcəyəm. Əgər buna ehtiyac olarsa...
- Amma Azərbaycan reallığında bu, heç inandırıcı görünmür...
- Müsavat Partiyası Azərbaycanda 1918-ci ildə qadınlara səs vermək hüququnu təmin edib. O zaman da bu ideya, bu yenilik inandırıcı deyildi. Amma indi bunu hamı normal qəbul edir.
- Partiyanın başqanlığına namizədiniz varmı?
- Müsavatçılar kimin namizədliyini irəli sürəcəklərsə, kimə səs verəcəklərsə, o da partiyanın başqanı seçiləcək. Kiminsə namizədliyini irəli sürmək qurultayın səlahiyyətində olan məsələdir.
- Hər halda Siz də qurultay nümayəndəsi olacaqsınız...
- O zaman da namizədlikləri irəli sürülmüş şəxslərdən birinə səs verəcəyəm.

715